Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat 400-dən çox şagirdə əlaçı təqaüdü verdi

Tarix: 14-06-2019 01:02     Baxış: 3214 A- / A+
Deputat 400-dən çox şagirdə əlaçı təqaüdü verdi


97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin təşəbbüsü ilə iyunun 13-də Goranboy, Ağdam və Tərtər rayonlarında əlaçı şagirdlərin mükafatlandırılma mərasimləri keçirilib.

Manevr.az xəbər verir ki, mərasimlərdə müvafiq rayonların İcra hakimiyyətlərinin məsul işçiləri, ictimaiyyətin nümayəndələri, müəllimlər, şagirdlər və valideyinlər iştirak ediblər.

Goranboy rayonunun 29 məktəbindən 253, Ağdam rayonunun 9 məktəbindən 100 və Tərtər rayonunun 5 məktəbindən 50 şagird olmaqla, bütövlükdə 3 rayonun 44 məktəbindən 403 əlaçı şagirdin mükafatlandırılma mərasimlərində səslənən çıxışlarda ulu öndərimiz Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil islahatları konsepsiyasının və hörmətli birinci Vitse-Prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə qerçəkləşdirilən layihələrin ardıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsilinin uğurla inkişaf etdiyi və son 16 il ərzində adı çəkilən rayonlar da daxil olmaqla ölkəmizdə 3200-dən çox məktəbin tikildiyi və ya əsaslı təmir olunduğu xüsusilə vurğulanıb və təhsilə göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirilib.

Tədbirlərdə Milli Məclisin deputatı Ağalar Vəliyevin əlaçı şagirdlərə ünvanlanan səmimi təbrikləri çatdırılıb və 403 şagirdin hər birinə millət vəkilinin adından 100 manat məbləğində fərqlənmə təqaüdü təqdim edilib.

Mərasimlərdə həmçinin qeyd olunub ki, son 4 tədris illərinin yekünlarına əsasən Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan məktəblərinin I-XI siniflərinin 1 566 şagirdinə millət vəkili tərəfindən əlaçılıq təqaüdü verilib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar