Xəbər lenti
ABŞ-da orta təhsil
Məlum olduğu kimi, Azərbaycanda tədris ili başa çatır. Oxuculara maraqlı olar deyə, dünyada ən demokratik sayılan ABŞ-ın təhsil sistemi haqqında söhbət açmaq istəyirəm.
Əvvəlcə onu qeyd edim ki, ABŞ-da vahid təhsil sistemi olmadığından burada vahid qaydalar da yoxdur. Daha doğrusu, hər bir ştatın öz təhsil sistemi vardır və təhsilə aid bütün qaydalar ştat rəhbərliyi səviyyəsində təyin olunur. Ona görə də ABŞ-da təhsil ilinin başlanğıcı və sonu müxtəlif ştatlarda ayrı-ayrı tarixlərə təsadüf edir. Məsələn, Koliforniya ştatında ilk təhsil günü avqustun 15-nə təyin edilibsə, Miçiqan ştatında bu tarix sentyabr ayının ilk həftəsinin birinci gününə düşür. Ümumilikdə ABŞ-da təhsil sistemi dörd pillədən ibarətdir- məktəbəqədər, ibtidai, orta və ali təhsil. Bunu da qeyd edim ki, ABŞ-da ali təhsil sisteminin də ştatlar üzrə müxtəlif özəllikləri vardır.
Məktəbəqədər təhsil – Preschool
Məktəbəqədər təhsil bir sıra ölkələrdə olduğu kimi ABŞ-da da icbari deyil. Amma 4-6 yaşlı uşaqlar iki il müddətində uşaq bağçalarında, məktəbəqədər təhsil mərkəzlərində bu təhsilə yiyələnə bilərlər və bir çox ştatlarda məktəbəqədər təhsil alan uşaqlara sertifikatlar verilir ki, orada uşağın davamiyyəti, davranışı, bacarıqları xüsusi qeyd olunur.
İbtidai təhsil – Elementary school
İbtidai təhsil ABŞ-da məcburidir. Bu proqram beş il davam edir. Uşaqlar 6 yaşından 11 yaşınadək ibtidai təhsil almalıdırlar. İbtidai təhsil müəssisələri dövlətə, hansısa sahibkara və kilsələrə məxsusdur. İbtidai təhsil məktəblərində siniflər uşaqların qabiliyyətinə uyğun yaradılır ki, buraya uşaqların baza göstəriciləri, oxumaq, yazmaq, hesablama qabiliyyətləri daxildir. Və beş il ərzində bütün fənlər bir müəllim tərəfindən tədris olunur. ABŞ üzrə yalnız bir neçə ştatda 4-cü sinifdən sonra bu fənləri müxtəlif müəllimlər tədris edir. Bir daha xatırladırıq ki, tədris proqramı dövlət səviyyəsində deyil, hər ştatın öz rəhbərliyi tərəfindən təyin edilir. İbtidai təhsilə yiyələndikdən sonra şagirdlər orta məktəbə qəbul olunurlar.
Orta təhsil – Middle school, High school
ABŞ-da orta təhsil iki mərhələdən ibarətdir- kiçik orta məktəb (Middle School) və böyük orta məktəb (High school).
Kiçik orta məktəbdə (Middle School) təhsil üç il nəzərdə tutulub. Burada şagirdlər 11 yaşından 13 yaşınadək 6,7,8-ci siniflərdə təhsil alırlar ki, bu mərhələdə onlara əsasən ingilis dili və digər humanitar fənlər tədris olunur. Bundan sonra yeni mərhələ başlayır.
Böyük orta məktəb (High school) dörd il davam edir və burada şagirdlər 14 yaşından 18 yaşadək 9-12-ci siniflərdə təhsil alırlar. Belə məktəblər şagirdlərə gələcəkdə yiyələnəcəkləri ixtisasa uyğun fənləri daha dərindən mənimsəmələri üçün seçim imkanı verir və şagirdlərin seçiminə uyğun siniflər təşkil olunur.
Böyük orta məktəbi bitirən şagirdlər buraxılış imtahanları verirlər ki, bu da 1-ci səviyyəli SAT və ya 2-ci səviyyəli SAT adlanır. 1-ci və 2-ci səviyyələr bir-birindən istiqamətinə, mürəkkəbliyinə görə fərqlənirlər. 1-ci səviyyə SAT gələcəkdə kollecə və ya orta səviyyəli universitetlərə qəbul olmaq istəyənlər üçündürsə, 2-ci səviyyə SAT ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmağı qarşısına məqsəd qoyanlar üçündür və buraxılış imtahanlarını uğurla verən məzunlara tam orta təhsil haqqında diplom verilir…
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar