Xəbər lenti
“Qaloş- başı olmayanların simvoludur”
“Başı təyinatı üzrə işlətməyən bir xalqın başına əxlaq, elm, iman yerinə bundan sonra da üfunət verən müqəddəs qaloş yerləşdirəcəklər”
Bunu millət vəkili Fazil Mustafa Goranboy rayonunda peyda olmuş “qaloş piri” haqqında danışarkən deyib.
“Səhifələrə diqqət yetirin, bütün qumcuqlar, əksər şahçılar, xürrəmçilər həm də qaloşun qatı müdafiəçiləri kimi özlərini cırıb-dağıdırlar. Şəklimi paylaşıb, “bizim qaloşumuza toxunma!” deyirlər. Bu həm də “bizim ənənəvi İslam inancımızın bir simvolikasıdır” deyirlər. Bu ölkəyə bir peyğəmbər gəlməyib, bir imam gəlməyib, ancaq nədənsə hamısının qohum-əqrabası öz doğulduqları yerdə deyil, bizdə zühur ediblər. Baş olanda ya bu başın üstünə papaq, ya da içinə bilgi axtarırsan. Baş olmayanda isə mövcudluğu sadəcə yeriməkdən ibarət olanlar təyinatı ayaq üçün olan qaloşu bomboş başın doldurulmasında nicat vasitəsi kimi görürlər. Qaloş- başı olmayanların simvoludur, bu yalnız bizdə deyil ki, xaraba qalmış Şərqin qumsallıqlarında da əsrlərdir belədir. Bu sonuncu üzüqara qaloş elə-belə yerdən çıxmayıb e, bizim şanlı mollaxana- mərsiyəxana tariximizdən gəlir. Məhz bu qaloşun ucbatından ilk milli dərsliyimiz olan “Vətən dili” dərsliyini o mərsiyəxandan, o əzadardan, o cinçıxarandan, o pir daşına baş sürtənlərdən, o zəncir aşiqlərindən kimsə yazmadı. İlk dərsliyimizi, Vətən dilimizi rus əsilli fiziki şikəstliyi olan Aleksanr Osipoviç Çernyayevski yazdı və Qori Müəllimlər seminariyasında bizim əsrlərdir davam edən mənəvi şikəstliyimizə bu dərsliklə meydan oxudu. Bu gün yenə də qaloşun arxasındakı həmin zümrə Azərbaycanın mənəvi şikəstliyi üçün gündəlik həyatımızdan tutmuş sosial şəbəkələrə qədər öz viruslarını yaymağa davam edirlər. Bu dəfə o qəhrəman Çernyayevski yoxdur, kim yazacaq “Vətən dili” dərsliyimizi? Bu qaloş simvolok anlamda Vətənimizin mənəvi çöküşünün ən ciddi əlamətlərindən biridir, dərslik yaza bilməsək də cəhalətə, xurafata, nadanlığa qarşı Vətən dilində dirənişimiz ortaya qoymalıyıq. Başı təyinatı üzrə işlətməyən bir xalqın başına əxlaq, elm, iman yerinə bundan sonra da üfunət verən müqəddəs qaloş yerləşdirəcəklər. Müqəddəs yer boş qalmır məsəli…”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar