Xəbər lenti
Cəbrayıl məktəbliləri ilə görüş keçirilib - ŞƏKİLLƏR
Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyinin (BLMM) həyata keçirdiyi “Gənc nəsldə elm və təhsilə marağın təşviq edilməsi və mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində Cəbrayıl rayon 10 saylı tam orta məktəbində tədbir keçirilib.
Biləsuvar rayonu ərazisində salınmış 5 saylı məcburi köçkün qəsəbəsində təşkil edilən görüş Azərbaycan Respublikası Prezidentinin Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəsətəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə əsasında baş tutub.
Layihə rəhbərinin köməkçisi T. Şahməmmədov gənclərlə görüşün məqsədi barədə məlumat verərək bildirib ki, yeni nəslin hərtərəfli və hazırlıqlı yetişdirilməsi dövlətin və cəmiyyətin başlıca vəzifələrindəndir.
Sonra geniş məruzə ilə çıxış edən layihə rəhbəri, BLMM İctimai Birliyinin sədri Zülfüqar Hüseynzadə gənc nəslin təhsilə və elmə marağının yüksəldilməsini strateji hədəflərdən biri kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə təhsilin diqqət mərkəzində olması təbiidir: “Xüsusilə nəzərə alsaq ki, bizim ərazilərimizin bir hissəsi mənfur qonşularımız tərəfindən işğal edilib, belə vəziyyətdə bizim yeni nəslin nümayəndələri elmə və təhsilə daha çox diqqət ayırmalıdır. Çünki müasir dövrdə güc və qüdrət yalnız bu yolla əldə edilir”.
Tədbirin sonunda 10 saylı tam orta məktəbin direktoru Elçin Kəlbalıyev belə bir görüşün onun rəhbərlik etdiyi məktəbdə keçirilməsinə görə BLMM-in rəhbərliyinə minnətdarlığını bildirib və belə görüşlərin şagirdlərin dünyagörüşünün zənginləşməsində müsbət rol oynadığını vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar