Xəbər lenti
Dehlidə havanın temperaturu 48 dərəcəyə çatıb
Hindistanın paytaxtı Dehlidə havanın temperaturu iyunun 10-da günortadan sonra rekord həddə - 48 dərəcəyə çatıb.
Manevr.az xezerxeberə istinadən xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb. Bildirilir ki, bu göstərici paytaxt ətrafındakı Palam yaşayış məntəqəsində qeydə alınıb. Havanın belə yüksək həddə çatmasına quru külək də təsir göstərib.
Departamentin hava proqnozları üzrə məsul işçisi Kuldip Srivastava PTI agentliyinə müsahibəsində deyib ki, quru və isti küləyin hakim olduğu bu cür isti hava növbəti günlərdə cənub-qərb küləklərinin təsiri ilə bir neçə dərəcə sərinləyəcək. Departament şəhər əhalisini istidən qorunmaq üçün xəbərdar edib.
Xatırladaq ki, Dehlidə havanın yüksək temperaturu ilə bağlı əvvəlki rekord göstərici (47,8 C) 2014-cü il iyunun 9-da yenə Palamda qeydə alınmışdı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar