Xəbər lenti
"Danışa bilməyən adam dilini ağanın papağına vurdu, dili açıldı" - Seyidin nəvəsi
Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların şəfa tapmaq üçün gəldiyi Seyid Miribiş ağanın evində onların başlarına Seyidə məxsus qaloşun sürtdürülməsidir. Qaloşu isə seyidin nəvələri Xəlil və İsmayıl Məmmədov qardaşları insanların başına sürtür.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a seyidin hər iki nəvəsi açıqlama verib. Onlar babalarının çox ağır seyid olduğunu, xəstə insanlar onun əşyalarından şəfa tapdıqlarını iddia ediblər.
Seyid Xəlil Məmmədov: "İnsanlar babamın evinə hər il olduğu kimi, bu il də gəldilər. Guya biz onların başına qaloş sürtürük. Amma, görüntülərə diqqətlə baxsanız görərsiniz ki, bu qaloş yox, babamın papağıdır. Babam seyid Miribiş ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Hər il iyunun 8-də babamın ildönümünü qeyd etmək üçün minlərlə insan bu ziyarətgaha gəlir. Onlara ehsan verilir. Camaat burada şəfa tapırlar ".
Seyid İsmayıl Məmmədov: "Bu obada ocağımız 100 ildir mövcuddur. 47 ildir babamıın ocağını insanlar tərəfindən ziyarət etmək adət halını alıb. Biz heç kimi babamızın ocağını ziyarət etməyə məcbur etmirik! Onlar öz istəyi ilə bura gəlirlər. Babamın təsbeh, əsa, papaq və digər əşyalarına insanlar əlləri ilə toxunub şəfa tapır, arzu və niyyətinə çatırlar. Bəzən, insanlar özləri bizi təkid edir ki, babamızın papağını onların üzərinə öz əllərimizlə çəkək. Bəzən konfeti belə bizə açdırıb, ağızlarına atdırırlar. Məqsəd onlar bundan şəfa tapmalarıdır. Bizim özümüz, atamız, babamız çox güclü seyiddir. 7-ci Həzrət İmam Museyi Kazımın (ə) nəslindənik. Bütün el-oba bizim cəddimizə inanır".
İ.Məmmədov iddia edib ki, şikəst, lal və müxtəlif insanlar babasının evini ziyarət etdikdən sonra şəfa tapıblar: "And olsun Allaha bura elə xəstə insanlar gəlir ki, onlar tezliklə şəfa tapırlar. Elə şikəst adamlar var ki, bura gəlib, ayaqları açılıb. O, qədər danışa bilməyən adam olub ki, ağamın ocağına gəlib, onun əşyalarına toxunub, dilini papağına vurub, dili açılıb. Ötən il bir danışa bilməyən azyaşlı bura gətirilmişdi. Bu il həmin uşaq artıq danışır, valideyinləri onu babamın ocağına yenidən ziyarətə gətirib. And olsun Allaha əsa ilə bir nəfər bura gəlmişdi. Həkim ona demişdi ki, sən heç vaxt yeriyə bilməyəcəksən. Babamın qurşağını ona toxundurandan bir il sonra ayaqları açıldı. O adam əsasız bura gəlmişdi. Azərbaycanın hər yerindən bura gəlirlər. Hər il 2 mindən çox adam buranı ziyarət edir və onun cəddinə dualar oxuyurlar".
İ.Məmmədov həmçinin bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovla da görüşüb: "O mənim seyid olduğumu bildi. Dəliməmmədlidə o vaxt Həzərət Əli məscidi tikilirdi. Mən dini icmanın sədri idim. Sonra o məscidin tikintisini dayandırdılar. Mən bu məsələ ilə bağlı onunla görüşdüm və danışdım. O vaxtı da babamın ocağı kimi mənfi təbliğat etdilər və məscidin tikintisi dayandırıldı. Məscid Allah evidir də...Niyə də bu olmasın ki?".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar