Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Bu gərginlik onunla bağlıdır ki, Paşinyan Qarabağa öz adamını rəhbər qoymaq istəyir…”

Tarix: 10-06-2019 12:21     Baxış: 3183 A- / A+
“Bu gərginlik onunla bağlıdır ki, Paşinyan Qarabağa öz adamını rəhbər qoymaq istəyir…”


Yerevanla Xankəndi arasında gərgin münasibətlər Qarabağda qarşıdakı “prezident seçkiləri” ilə əlaqəlidir.

Belə mövqe ilə erməni politoloq Yervand Bozoyan “Sputnik Armenia” agentliyinə açıqlamasında çıxış edib.

“Təbii ki, Paşinyan hakimiyyətə gələndən sonra güclənməyə çalışır. Seçkilərdən sonra o, parlamentdə çoxluğu əldə etdi. İndi isə məhkəmə hakimiyyəti üzərində nəzarəti ələ keçirməyə çalışır”-Bozoyan deyib.

Politoloq qeyd edib ki, Qarabağ Ermənistanla sıx bağlıdır və Paşinyan üçün qəbuledilməzdir ki, orada onun “tərəfdaşı” olmayan kimsə hakimiyyət başında olsun.

Bozoyanın fikrincə Dağlıq Qarabağdakı rejimlə Ermənistan hakimiyyəti arasında gərgin münasibətlərin nəyə aparıb çıxaracağını təxmin etmək çətindir. Çünki Qarabağda bir-biri ilə mübarizə aparan siyasi qüvvələr Paşinyanla “üzvi bağlara” malik deyil.

Erməni politoloq qeyd edib ki, bir çoxları Paşinyanın adamı kimi Dağlıq Qarabağın keçmiş “baş naziri” Araik Arutyunyanı görürlər. Lakin onun fəaliyyətini və biznes-əlaqələrini nəzərə alanda Qarabağda mənfi reytinqi yüksəkdir.

“Birbaşa tərəfdaşı olmayan Paşinyan Arutyunyan üçün meydanı təmizləməyə çalışır, onun potensial rəqiblərini hədəfə götürür”-Bozoyan qeyd edib.

Politoloqun fikrincə ciddi təhlükə var ki, proses bu cür davam edib dərinləşsə olduqca acınacaqlı nəticələrə gətirib çıxara bilər./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar