Xəbər lenti
Pirlərə ziyarətçi ixrac edən təhsil sistemi…
Səfalət içində boğulan insanların pirlərdə nicat axtarması dəhşətli haldır. Videolara baxdım, onların çoxu gənclərdir…
Regionlarda hökm sürən cəhalət, maarifsizlik, təhsil sisteminin tənəzzülə uğraması orta əsrlərin inanclarına yaşamaq haqqı qazandırır.
Azərbaycanda getdikcə hər il daha çox insan təhsildən kənarda qalır – həm orta, həm ali təhsildən söhbət gedir.
Təhsil haqlarının əhalinin maddi gəlirləri ilə müqayisədə astronomik həddə olması vətəndaşları Konstitusiya ilə verilmiş təhsil almaq hüququndan məhrum edir.
Orta təhsilin pis durumda olması da sistemli problemlərlə bağlıdır. Məktəb müəllimi özünə bağlaya bilmir, müəllim də şagirdləri. Müəllim pul qazanmaq dərdindədir, övladını oxutmaq istəyən valideynlər də pul qazanıb onu müəllimlərə vermək peşində.
Ortada qalan uşaqların əksəriyyəti təhsildən yayınır. Statistik məlumatlara görə Azərbaycanda hər il 115-120 min uşaq orta məktəblərdən məzun olur. Onların 40 min nəfərə qədəri ali təhsilə, 10 min nəfərə qədəri orta-ixtisas təhsilə cəlb olunur. 10 min nəfər də ölkədən gedən və s. yolla təhsilə cəlb olunanları sayaq. Bəs hər il 55-60 min məzunun sonrakı taleyi necə olur? Dövlət qurumları onlarla maraqlanırmı?
10 ildə bu rəqəm yarım milyondan çox təhsilsiz, peşəsiz insanın əmək bazarına transfer olunması deməkdir. Onların bir qismi ailə qurur, o ailələrin bir çoxu imkansızlıqdan dağlır, uşaqlar ortalıqda qalır, şou-proqramlarda onların çarəsiz nümayəndələrinə əxlaq dərsi keçirlər.
Qalan bir qism ölkədə cinayətkarlığın, narkomaniyanın çiçəklənməsinə öz töhfələrini verirlər. Əlləri hər yerdən üzülənlər də pirlərə axışıb nicat diləyirlər, ya da dini cərəyanların təsiri altına düşürlər.
Çox acınacaqlı mənzərədir, əslində ölkənin milli təhlükəsizliyini təhdid edən başlıca problemdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar