Xəbər lenti
Diplomatiya sahəsində çalışan azərbaycanlı qadınların sayı açıqlanıb
Azərbaycanda diplomatiya sahəsində çalışan qadınların sayı açıqlanıb.
Manevr.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov APA-ya bildirib ki, hazırda Azərbaycanda qadınlar səhiyyə, mədəniyyət, hərbi və digər sahələrlə yanaşı, diplomatiya sahəsində də təmsil olunurlar.
Diplomatiya sahəsində qadın təmsilçilərin sayının artdığını vurğulayan şöbə müdirinin sözlərinə görə, azərbaycanlı səfirlərdən 2 nəfəri qadındır.
E. Səfərov bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) 7 qadın, 8 kişi müşavir çalışır: “Bundan əlavə, XİN-də 14 nəfər qadın, 37 nəfər kişi şöbə müdiri fəaliyyət göstərməkdədir. Eyni zamanda, nazirlikdə I katib vəzifəsində 26 nəfər qadın, 44 nəfər kişi, II katib vəzifəsində 28 nəfər qadın, 35 nəfər kişi, III katib vəzifəsində isə 31 nəfər qadın, 15 nəfər kişi işləyir”.
Dövlət Komitəsinin rəsmisi vurğulayıb ki, XİN-də 21 qadın, 24 kişi attaşe fəaliyyət göstərir: “BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının tövsiyələrini nəzərə alaraq, xarici siyasət sahəsində çalışan qadınların sayı artırılır. Bunu yuxarıdakı rəqəmlərdən də görmək olar".
E. Səfərov qeyd edib ki, Azərbaycanda qadın dövlət qulluqçullarının sayı 28 faiz təşkil edir.moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Təqvim
« Fevral 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar