Sizin Reklam Burada
Xəbər lenti
14-10-2026
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Vulkan dağ çayının məcrasını dəyişdi

Tarix: 05-06-2019 19:27     Baxış: 2242 A- / A+
Vulkan dağ çayının məcrasını dəyişdi


Regionda bir çox yollar bağlanıb

İyunun 4-ü axşam saatlarında Qusarın Ləzə kəndində baş vermiş vulkan püskürməsi fəsadlara yol açıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, leysan və güclü doludan sonra dağdakı vulkan püskürüb və palçıq layı kəndə sarı gəlib. Nəticədə kəndin içərisindən keçən çayın məcrası dəyişib, güclü palçıq layı Ləzə sərhəd zastavasına, yaşayış evlərinə və Suvar istirahət mərkəzinə gedən yolu bağlayıb. Daş və çınqılla, palçıqla gələn lay çayın ortasından keçən trubanın ağzını bağlayıb. Bu istiqamətdə yollar bağlanıb.

Qusar FHK-nın üzvləri vulkanın püskürdüyü Ləzə kəndində hadisə yerinə baş çəkiblər. Qusar İH-nin ərazi, idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ənvər Balabətov bu kənddə 1993-cü və 2006-cı illərdə baş vermiş püskürmənin canlandığını deyib. Onun sözlərinə görə, bağlanmış yolun açılması üçün əraziyə texnika göndəriləcək. Fəsadların aradan qaldırılması işləri gün ərzində başa çatacaq./istipress/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar