Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ağcaqanadlar Azərbaycana da malyariya gətirib - AÇIQLAMA

Tarix: 05-06-2019 10:28     Baxış: 2127 A- / A+
Ağcaqanadlar Azərbaycana da malyariya gətirib - AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il 700 milyon insan ağcaqanaddan müxtəlif xəstəliklərə yoluxur.

Onlar arasında ən geniş yayılanı isə malyariyadır. Son zamanlar isə zika virusunun digərləri ilə müqayisədə daha geniş vüsət aldığı açıqlanıb. Bu virusun hazırda dünyanın 21 ölkəsində geniş yayıldığı bildirilir. ÜST-ün açıqlamasına görə, hər il 1 milyondan artıq insan məhz bu səbəbdən dünyasını dəyişir. Ölkəmizdə havaların istiləşməsi ağcaqanadlarla bağlı problemi yenidən gündəmə gətirib. Respublikanın baş infeksionisti Cəlal İsayev açıqlamasında hazırda respublika ərazisindəki son durumdan danışıb: “Ağcaqanadın yaydığı xəstəliklərdən biri də malyariyadır. Öncələr bu xəstəliyə daha çox təsadüf edilir. Bu gün isə Azərbaycanda tək-tək də olsa, bu xəstəliyə təsadüf edilir". "Xəstəliyin sayında olan azalmalar isə aparılan tədbirlərlə bağlıdır. Belə ki, keçiriciliyi olan ağcaqanadlar qırılır, onların inkişafının qarşısının alınması üçün müəyyən işlər görülür. Eyni zamanda da ağcaqanadların insanları yoluxdurmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Bundan başqa xəstələrin zamanında aşkarlanıb müalicə alması da müsbət nəticələr doğurub”. Ekspert türkəçarə olaraq evlərdə ağcaqanad öldürən dərmanlardan istifadə etməyi məsləhət görüb.Sputnik Azərbaycan

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar