Xəbər lenti
Azərbaycanda yeni məhkəmələr yaradılır – 12 hakim olacaq
Azərbaycanda kommersiya məhkəmələri yaradılacaq. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna yeni 46.1 maddə əlavə edilməsi təklif olunur.
Maddədə qeyd olunur ki, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərnə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır.
Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Qeyd edək ki, kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Burada sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.
Xatırladaq ki, qanun layihəsi bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub və parlamentin növbədənkənar xüsusi iclasına tövsiyə edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar