Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 1000 manata klub, 7500 manata mədəniyyət evi satılır - TAM SİYAHI

Tarix: 03-06-2019 19:19     Baxış: 2156 A- / A+
 Azərbaycanda 1000 manata klub, 7500 manata mədəniyyət evi satılır

Bu ilin iyul ayının 2-də baş tutacaq növbəti hərracda şəhər və kəndlərdə mövcud olan bir-sıra mədəniyət klublar satışa çıxarılacaq.

Manevr.az yeniavaz.com istinadan xəbər verir ki, son zamanlar şəhər və kəndlərdə yerləşən klubların özəlləşdirilməsinə başlanılıb.

Məlumat üçün bildirək ki, SSRİ zamanında əsasən mədəniyyət və incəsənət tədbirlərinə ev sahibliyi edən klublarda müstəqillik dövründə daha çox müxtəlif təyinatlı dərnəklər fəaliyyət göstərib.

Lakin, son zamanlar klublar özəlləşdirməyə çıxarılaraq ucuz qiymətə satılır və sonradan yeni sahibi tərəfindən təyinatı dəyişdirilir. Əksər hallarda isə keçmiş klubların yerində biznes məqsədli obyektlər fəaliyyət göstərməyə başlayır.

Daha əvvəl də qeyd etdiyimiz kimi, satışa çıxarılan klublar olduqca ucuz qiymətə satılılır. Məsələn, ötən il Xaçmaz rayonun Tel kəndində yerləşən 105,1 kv. metr sahəsi olan klub 585,7 kv. metr torpaq sahəsi ilə birlikdə cəmi 3 500 manata satılıb.

Bu ilin iyul ayının 2-də satışa çıxarılacaq müxtəlif klubların, mədəniyyət evlərinin ilkin satış qiymətinə baxdığımız zaman açıq şəkildə görünür ki, onlar da real bazar dəyərindən dəfələrlə ucuz satışa çıxarılıb. Məsələn, Yardımlı rayonunun Bərcan kəndində yerləşən və sahəsi 65,9 kv. metr olan klub 392,9 kv. metr torpaq sahəsilə birgə cəmi 1000 manata satılır.

Aşağıdakı cədvəldə iyul ayının 2-də satışa çıxarılacaq klubların, mədəniyyət evlərinin siyahısını tədim edirik:

OBYEKTİN ADI YERLƏŞDİYİ ƏRAZİ OBYEKTİN SAHƏSİ TORPAĞIN SAHƏSİ SATIŞ QİYMƏTİ

Bərgüşad kənd Mədəniyyət evi Ucar rayonu, Bərgüşad kəndi 310.0
kv. m 477.2
kv. m 7500 azn
Alıcqışlaq kənd klubu Xaçmaz rayonu, Alıcqışlaq kəndi 260.7
kv. m 296.0
kv. m 5000 azn
Mollaburhan kənd klubu Xaçmaz rayonu, Mollaburhan kəndi 100.2
kv. m 157.5
kv. m 1500 azn
Uğur kənd klubu Qusar rayonu, Uğur kəndi 332.4
kv. m 734.0
kv. m 6000 azn
Yuxarı Aran qəsəbə Mədəniyyət evi Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsi 754.4
kv. m 3483.0
kv. m 20000 azn
Milabad qəsəbə Mədəniyyət evi Beyləqan rayonu, Milabad qəsəbəsi 929.8
kv. m 2948.0
kv. m 21000 azn
Bürzünbül kənd klubu Yardımlı rayonu, Bürzünbül kəndi 26.2
kv. m 56.0
kv. m 500 azn
Bərcan kənd klubu Yardımlı rayonu, Bərcan kəndi 65.9
kv. m 392.9
kv. m 1000 azn
Tatoba kənd Sənətkarlıq klubu Lənkəran rayonu, Tatoba kəndi 37.5
kv. m 1170.0
kv. m 3500 azn
Moloja kənd Sənətkarlıq klubu Lənkəran rayonu, Moloja kəndi - - 250 azn
İkinci Şıxlı kənd Folklor Evi Qazax rayonu, İkinci Şıxlı kəndi 378.7
kv. m 451.0
kv. m 6000 azn
Ulacalı kənd Mədəniyyət Evi Sabirabad rayonu, Ulacalı kəndi 347.7
kv. m 4142.4
kv. m 13500 azn



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar