Xəbər lenti
Baba Rzayevin vəzifədən qovdurduğu rəis bir gün sonra işə bərpa edildi
"Azərenerji” ASC-nin sədri Baba Rzayevin tələbi ilə vəzifəsindən azad olunan rəis bir gün sonra yenidən öz işinə bərpa olunub.
Manevr.az xəbər verir ki, bu haqda məlumatı bizimyol.info yayıb. Xəbərə görə, "Azərişıq” ASC-nin enerji satışı departamentinin rəis müavini Rauf Əhmədov may ayının 30-da vəzifəsindən azad edilin. Lakin bir gün sonra Rauf Əhmədovun işdən uzaqlaşdırılması ilə bağlı əmr ləğv edilərək yenidən işinə bərpa olunub və şəxsi işinə işlənilməklə ona şiddətli töhmət elan edilib.
Məlumata görə, Rauf Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasına səbəb onun təklifi ilə ASC-nin sədr müavini Ramil Yusifovun bir neçə rəisin yerini dəyişməsi olub. "Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev isə Rauf Əhmədovun bu hərəkətindən narazı qaldığı üçün onun işdən çıxarılmasını tələb edib. Lakin hansısa səbəbdən onu yenidən işinə bərpa etmək məcburiyyəti yaranıb.
Xatırladaq ki, oxu.az saytı Şəmkir rayon elektrik şəbəkəsinin rəisi Vaqif Məmmədov Göygöl rayonuna, Qazax rayonun rəisi Elşad Məmmədov Ağstafa rayonuna, eyni zamanda, Ağıstafa rayon elektrik şəbəkəsinin rəisi Vasif Məmmədov Gədəbəyə, həmin rayonun rəisi Akif Səlimov Qazax rayonuna rəis vəzifəsinə təyinat alması ilə bağlı məlumat yaymışdı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Təqvim
« Fevral 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar