Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Metroda kondisioner problemi - Sərnişinlər nə vaxtadək əziyyət çəkəcək? - VİDEO

Tarix: 02-06-2019 22:02     Baxış: 3179 A- / A+
Metroda kondisioner problemi - Sərnişinlər nə vaxtadək əziyyət çəkəcək? - VİDEO


Yay aylarında metrodan istifadə edən sərnişinləri narahat edən məsələ qatarların bir çoxunda kondisioner sisteminin olmamasıdır.
Manevr.az-ın məlumatına görə, sərnişinlər deyir ki yeni və az sayda olan qatarların hamısında kondisioner sistemi işləsə də, köhnə qataların heç birində bu sistem yoxdur. Odur ki, vaqonlardakı isti hava bəzən sərnişinlərin halının pisləşməsinə gətirib çıxarır.

Bəs görəsən bu problemi nə vaxt həll olunacaq?

"Bakı Metropoliteni" Qapalı Səhmidar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, yeni alınan 5 qatar 25 vaqonda kondisioner sistemi işlək vəziyyətə gətirilib. Hər bir yeni alınmış qatarda xüsusi nəzarət sistemi var ki, həmin sistem sərnişin salonunda mikroiqlim şəraitini nəzərə alır.

Köhnə qatarların 31 il istismar müddəti var. Bu il ərzində 6 qatar istismar müddətini başa vurduğu üçün xətdən çıxarılaraq yeniləri ilə əvəz olunacaq. Bunun üçün 6 qatarın alınması nəzərdə tutulub.
Bəxtiyar Məmmədov həmçinin onu da bildirdi ki, köhnə qatarların heç birində kondisioner sistemi yoxdur. Qatarları istehsal edən müəssisə ilə aparılan danışıqlar zamanı yekun rəy ondan ibarət olub ki, bu qatarlarda kondisioner sisteminin quraşdırılması texniki baxımdan mümkün deyil. Ona görə də qatarlar yeniləndikcə kondisioner problemi də həllini tapacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar