Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkün şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilib - ŞƏKİLLƏR

Tarix: 31-05-2019 21:09     Baxış: 3267 A- / A+
Məcburi köçkün şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilib


Bu gün Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkün şagirdlərin ixtisas seçiminə yardım göstərmək məqsədilə təlim təşkil edilib.
Manevr. az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Füzuli rayonundan məcburi köçkün, “Qobu Park”ın sakini jurnalist Arzu Əliyevadır. Təlimə yaşayış kompleksində fəaliyyət göstərən 32 nömrəli Ağdam, 29 nömrəli Laçın tam orta məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri cəlb ediliblər.

Təlimçilər - Azərbaycan Müəllim İnkişafı Mərkəzinin eksperti, Xəzər Universitetinin və Bakı Ali Neft Məktəbinin müəllimi Qoşqar Məhərrəmov, AMEA-nın Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Seyfullayev şagirdlərə peşə və ixtisas seçimi ilə bağlı maraqlı və faydalı məlumatlar verib, uğurlu karyera qurmağın xüsusiyyətləri barədə söhbət açıblar, təlim iştirakçılarının suallarını cavablandırıblar.

Layihə rəhbəri Arzu Əliyeva təlimin məqsədi haqqında deyib: "Peşə və ixtisas seçimi hər bir gəncin həyatında ən önəmli qərarlardan biridir. Müasir dünyanın tələbinə uyğun olaraq ixtisas insanın xarakterinə, fiziki və psixi potensialına uyğun olmalıdır.Bu məsələdə müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki onlar şagirdlərin həm bilik səviyyəsinə, həm də xarakterinə yaxşı bələddirlər. Təlimin məqsədi şagirdlərin ixtisas seçiminə kömək göstərməklə yanaşı, bu işdə düzgün istiqaməti tapmaqda müəllimlərə də yardımçı olmaqdır. Eyni zamanda şagirdləri qəbul imtahanının ikinci mərhələsinə psixoloji olaraq hazırlamaq, ixtisas seçimlərində istiqamət və motivasiya verməkdən ibarətdir".

Məcburi köçkün şagirdlər və onların müəllimləri təlimdən razı qalıblar.

Məcburi köçkün şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilib
Məcburi köçkün şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilib
Məcburi köçkün şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilib
Məcburi köçkün şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilib
Məcburi köçkün şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar