Xəbər lenti
S-400 qorxusunun ŞOK SƏBƏBİ: ABŞ Rusiyanın məxfi planını açdı

S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması F-35 beşinci nəsil Amerika qırıcıları üzrə proqram üçün çox zərərli effekti olacaq.
“RİA-Novosti” xəbər verir ki, bu haqda Pentaqonun başçısının köməkçisi Ketrin Uilbarqer bildirib.
Onun sözlərinə görə, S-400-lərin Türkiyəyə çatdırılması Rusiyaya bu təyyarə haqqında kəşfiyyat məlumatları toplamağa imkan verəcək. Pentaqon rəsmisi qeyd edib ki, S-400 komplekslərinin Türkiyəyə çatdırılması ABŞ üçün böyük çağırış təqdim edir.
Qeyd edək ki, daha əvvəl Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç F-35 qırıcılarının Türkiyədə S-400 komplekslərinin hədəf zonasından kənarda yerləşdiriləcəyini bildirib. Diplomat söyləyib ki, S-400 və F-35 ölkənin iki konkret rayonunda yerləşdiriləcək. Türk diplomatı diqqəti ona yönəldib ki, İsrailin F-35 qırıcıları Rusiyanın S-400 komplekslərinin olduğu Suriyanın hava məkanında uçurlar, ancaq bu, ABŞ-da suallara səbəb olmur.
“Amma Türkiyə zərbə deyil, hava hücumuna qarşı müdafiə sistemini yerləşdirməyə çalışanda problemlər yaranır”, – Kılıç qeyd edib.
Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya “S-400” zenit-raket kompleksləri üzrə kredit razılaşması imzalayıb. Razılaşma ümumi dəyəri 2,5 milyard dollar olan 4 “S-400” divizionunun çatdırılmasını nəzərdə tutur. Tərəflər həmçinin, “S-400”-lərin istehsalının inkişafında texnologiya əməkdaşlıq haqqında razılaşıblar. ABŞ və NATO nümayəndələri bu sazişə görə Ankaranı dəfələrlə tənqid ediblər. \publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar