Xəbər lenti
Ev almaq istəyən dövlət qulluqçularının nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) MİDA-ya təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayış əldə etmək istəyən dövlət qulluqçularına müraciət edib.
Mərkəzdən verilən məlumata görə, mayın 30-da etibarən dövlət qulluqçuları Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim edilməsi üçün dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi ilə əlaqədar DİM-in rəsmi səhifəsində "Şəxsi kabinet" yaratmalı və "Elektron xidmətlər” bölməsinə daxil olaraq elektron müraciət etməlidirlər.
Dövlət qulluqçusu əmək kitabçasındakı əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini "skan" edərək sistemə yükləməli və "Müraciəti qeydə al” düyməsini sıxmalıdır.
Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar