Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

“Uğurlu səhm seçimi” müsabiqəsinin final mərhələsi olub

Tarix: 30-05-2019 17:46     Baxış: 3202 A- / A+
“Uğurlu səhm seçimi” müsabiqəsinin final mərhələsi olub



30 may tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Fondun yaradılmasının 20 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq tələbələr arasında keçirilmiş “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinin final mərhələsi baş tutub.


Manevr.az xəbər verir ki, müsabiqədə iştirak üçün 11 universitetdən 63 komanda müraciət edib. 24 may tarixində keçirilmiş yarımfinal mərhələsində iştirak imkanı əldə edən 8 komandadan 4-ü finala keçmişdir. Müsabiqə zamanı komandaların təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir.
Birinci yer uğrunda mübarizədə münsiflər heyətinin qərarı ilə “Stockholmers” (Bakı Mühəndislik Universiteti) komandası müsabiqənin qalibi olmuşdur. (“Blue Chip” (Azərbaycan Dövlət İqtisad Universiteti), “Intangibles” (Xəzər Universiteti)) komandaları isə müvafiq olaraq II və III yerləriqazanmışlar. Müsabiqə mükafatları I yer üçün 5000 AZN, II yer üçün 3000 AZN və III yer üçün 1000 AZN nəzərdə tutulmuşdur. Bununla yanaşı finalda iştirak edən komandaların üzvlərinə sertifikatlar təqdim edilmiş və müsabiqədə fərqlənən iştirakçılar ARDNF-də təcrübə keçmək imkanı qazanmışdır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar