Xəbər lenti
Kişini evə bağlamağın 15 TƏSİRLİ YOLU
Kişilər qadınlara nisbətən daha sərbəstdir. Onlar gec saatlarda bayıra çıxa, dostları ilə əylənə bilər. "Kişidir, ona olar!", - deyərək onlara haqq da qazandırırıq. Ancaq qadın bunları etsə, adı pis çıxacaq.
Həyat yoldaşınız gecə yarıyadək dostları ilə gəzib dolaşır, evə çox gecmi gəlir? "Üzünü görmürəm", - deyə şikayət etməkdənsə, bu tövsiyələrə əməl edin. Bununla ərinizi evə bağlaya bilərsiniz.
1. Qadının kişiyə qarşı ən təsirli silahı şirin dili, gülər üzü, təbəssümü, könül ala bilməsi, sıxıntını paylaşması, əri üzünə baxanda ürəyinin açılması, bir anda bütün yorğunluqlarını atmasıdır.
2. Kişini qadına bağlayan ən güclü sirr qadının şəfqət göstərən halı, ana qayğısıdır. Bu gücdən yaxşı istifadə edin. Ərinizin sizinlə yaxşı vaxt keçirməsinə şərait yaradın. "Səninlə birlikdə olduğum üçün özümü çox xoşbəxt hiss edirəm" kimi cümlələri yeri gələndə dilə gətirin.
3. İmkan olduqca süfrədə yemək çeşidlərini artırın. Kişini evə bağlayan digər amil süfrədə sevdiyi yeməklərin olmasıdır. Yeməkdən sonra çay, qəhvə, quru meyvə, çərəz, tum kimi şeyləri əskik etməyin ki, yemək bitər-bitməz gözü qapıda olmasın.
4. Kitab oxuma vərdişinə yiyələnin. Oxuduğunuz maraqlı hekayələri çay süfrəsində danışın. Dini mövzulardan danışarkən müəllim kimi davranmayın.
5. Birlikdə verilişlər izləyib ona sual verin, rəyini soruşun. Diqqətini verilişə yönəldin.
6. Zaman-zaman evdəki əşyaların yerini, otaqların dekorunu dəyişdirin. Bununla onu məşğul edin.
7. Evdə tək qalanda darıxdığınızı, sıxıldığınızı, qorxduğunuzu dilə gətirin. Birlikdə olanda özünüzü rahat hiss etdiyinizi deyin.
8. Arada bir dost, qonşu, qohum ziyarətinə gedin. Onları qonaq çağırın.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar