Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sürüşmə zonasından köçürülənlərə nə qədər kompensasiya veriləcək? (MƏBLƏĞ)

Tarix: 27-05-2019 11:37     Baxış: 3146 A- / A+

Sürüşmə zonasından köçürülənlərə nə qədər kompensasiya veriləcək? (MƏBLƏĞ)


Bakı şəhərinin Bayıl yamacındakı sürüşmə zonasından köçürüləcək 92 fərdi yaşayış evlərinin sahiblərinə hər bir ev üçün minimum 35 min manat maddi yardım ödəniləcək.

Manevr.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin Bakı şəhəri, Səbail rayonu ərazisində Bayıl dərəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar köçürülməsi zəruri olan fərdi yaşayış evlərində yaşayan sakinlərə birdəfəlik maddi yardımın ödənilməsi barədə sərəncamında əksini tapıb.

Həmin 92 ailə arasında 27 məcburi köçkün ailəsi də var. Sərəncama əsasən, ümumilikdə, 9 milyon 201 min 533 manat Səbail rayon İcra Hakimiyyətinin hesabına köçürüləcək və İcra Hakimiyyəti bu vəsaitlərin müvafiq qaydada bank hesablarına köçürülməsini təmin edəcək. Başqa sözlə, 92 fərdi yaşayış evində yaşayanların köçürülməsi üçün birdəfəlik yardım qismində 8 milyon 920 min 312 manat, bank xərcləri üçün 31 min 221 manat ayrılıb. Fərdi evlərin sökülməsi və tikinti illəri başa çatdıqdan sonra ərazinin abadlaşdırılması üçün 250 min manat ayrılıb.

Sərəncama əsasən, evlərinin sahəsi az olan ailələr xüsusi olaraq nəzərə alınıb və 35 min manat minimum maddi yardım da məhz bu səbəbdən müəyyənləşdirilib.

Qeyd edək ki, 2018-ci il fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib. Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub. Nazirlər Kabineti tərəfindən yaradılan Dövlət Komissiyasının qərarı ilə həmin 6 ev köçürülüb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşüb, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.

Nazirlər Kabineti sürüşmə zonasında yaşayan 92 ailənin də müvəqqəti olaraq həmin ərazidən köçürülməsi və onlara kirayə mənzillərdə yaşamaları üçün ailə tərkibinin sayına uyğun olaraq fevral ayından başlayaraq 11 ay müddətində kirayə haqqı verilməsi barədə də qərar verib. Normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. 2018-ci ilin dekabrında 11 aylıq müddət başa çatıb və Nazirlər Kabinetinin qərarları ilə bu müddət daha 5 ay artırılmışdı./ona/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar