Xəbər lenti
28 may Respublika günüdür

Bu gün 1 saylı tam orta məktəbdə 28 may Respublika gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Manevr.az-ın məlumatına görə, tədbirdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin və MKS-nin 2 saylı kitabxana filialının əməkdaşları və 1 saylı tam orta məktəbin bir qrup şagirdi iştirak etmişdilər. Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Xanım Ağayeva, bələdçisi Nurlanə Muradova və MKS-nin 2 saylı kitabxana filialının müdiri Şəhla Salmanova geniş məruzə ilə çıxış etmişdilər və öz çıxışlarında qeyd etmişdilər ki, Şərqdə ilk Demokratik Respublikanın yaranması böyük tarixi hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq nəhəng işlər görmüş, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində Respublika Günü kimi qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayan tədbir iştirakçıları bildirmişlər ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan dövlətinin öz sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan etmişdir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar