Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycana 16 mm-lik dolu düşüb

Tarix: 25-05-2019 13:13     Baxış: 2190 A- / A+
Azərbaycana 16 mm-lik dolu düşüb


Ekologiya və Təbii Sərvətlər Nazirliyi regionlara düşən dolu barədə açıqlama yayıb.

Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, may ayının 24-ü gündüz qərb rayonlarında, 25-də gecə və səhər bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Daşkəsən-Gədəbəy zonasında intensiv olub, dolu düşüb:

“Düşən yağıntının miqdarı Çaykənddə (Göygöl) 21 mm, Daşkəsəndə 20 mm (aylıq normanın 20%-i), Gədəbəydə 19 mm (aylıq normanın 17%-i), Tərtərdə 17 mm (aylıq normanın 33%-i), Ağdərədə (Ordubad) 12 mm, Göygöldə 9 mm, Astarada 7 mm, Balakəndə 6 mm, Beyləqan, İmişli, Sarıbaş (Qax), Gəncədə 5 mm, Kürdəmirdə 4 mm, Cəfərxan, Ceyrançöl, Zaqatala, Naftalanda 3 mm, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Ağstafa, Şəmkir, Tovuzda 2 mm, Şərur, Yevlax, Sabirabad, Salyan, Qazıməmməd, Biləsuvar, Ağsu, Kişçayda (Şəki) 1 mm olub”.

“Tərtər rayonu ərazisində saat 17:55-dən 18:40-dək 45 dəqiqə ərzində şiddətli göy gurultusu ilə müşahidə olunan leysan yağışı yağıb, Yuxarı Ağcakənd ərazisində saat 16:17-dən 16:19-dək 2 dəqiqə ərzində diametri 13 mm, Daşkəsəndə saat 17:04 radələrində diametri 16 mm dolu düşüb.

Yuxarı Ağcakənd ərazisində yağan intensiv leysan yağışı nəticəsində Gorançayda daşqın yaranıb. Qərb küləyi Daşkəsəndə 28 m/s, Ağdamda 20 m/s, Şahdağda 16 m/s-dək güclənib”, - deyə direktor qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar