Xəbər lenti
Həmkarlarından prezidentə təbrik məktubları
Dünya liderləri Azərbaycanı Respublika günü münasibəti ilə təbrik edirlər
28 May Respublika günü münasibəti ilə prezident İlham Əliyevə təbriklər gəlməyə davam edir.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin dövlət başçısına göndərdiyi məktubunda ona Uca Allahdan möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyib.
"İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri, ölkənizin təşkilatımıza dəstəyini, təşkilatın yaradılmasının məqsədi olan İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün səylərini bundan sonra da davam etdirəcək".
Təbrik göndərənlər arasında Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi də var. O, dost xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə qarşılıqlı əməkdaşlığımızın inkişaf etdirilməsinə ümidvar olduğumu bildirib.
İtaliya Prezidenti Sercio Mattarellada iki ölkənin möhkəm əlaqələrlə bir-birinə sıx bağlı olduğunu qeyd edib. "Bu bağlılıq illər ərzində siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində məhsuldar tərəfdaşlıqda öz əksini tapmışdır. Ümid edirəm ki, bu əməkdaşlıq daha da zənginləşəcək və ölkələrimizin vətəndaş cəmiyyətləri, iqtisadi sistemləri, həmçinin gənc nəsillərimizin maraqları istiqamətində yeni sahələr üzrə genişlənəcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar