Xəbər lenti
Birinci xanım qızı ilə ziyarətgahdakı iftara qatıldı

Mehriban Əliyeva və Leyla Əliyeva yenidəən Pir Həsən ziyarətgahına gediblər
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər. Onlar bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar süfrəsinə dəvət edilmişdilər.
İftar mərasiminə toplaşanlar Azərbaycandakı sosial-iqtisadi inkişafa, əmin-amanlığa görə təşəkkürlərini bildirdilər. Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə görüşməkdən şad olduğunu bildirib, müqəddəs Ramazan ayında onların dualarının qəbul olunmasını və Allah-Təalanın ölkəmizi hər zaman qorumasını arzulayıb. İftar mərasimində “Qurani-Kərim”dən ayələr və iftar duası oxunub.
Müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı insanların qəlbini nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar