Xəbər lenti
Deputat - "Ukraynada azərbaycanlılar arasındakı problemi avtoritetlər həll etsin"
Milli Məclisin deputatı Aqil Abbas Ukraynanın Jitomir şəhərində azərbaycanlı diaspora nümayəndəsi olan Pərvin Şirinovun amansızcasına qətlə yetirilməsindən danışıb.
Manevr.az xəbər verir ki, Aqil Abbas demokrat.az-a açıqlamasında bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynadakı bir sıra diaspora üzvləri ilə bacara bilmir: "Oradakı diaspora nümayəndələri Diaspora Komitəsi ilə hesablaşmırlar. Diaspora təşkilatlarının da avtoritetlərə sözü keçmir. Ona görə də Ukraynadakı azərbaycanlı avtoritetlər yığılıb bir araya gəlməli və bu məsələyə əncam çəkməlidirlər. İndi orada da avtoritet qalmayıb, çoxunu öldürüblər. Ukraynadakı problemin əsas çıxış yolunu bunda görürəm". Deputat təklif edib ki, Ukraynada azərbaycanlılar arasında yaşanan problemi avtoritetlər həll etsin: "Yoxsa ki, Fuad Muradovun onlara gücü çatmaz. Bu məsələ Diaspora qurumunun gücü deyil. Ümumiyyətlə, cinayət aləminin adamları yalnız nüfuzlu şəxslərin sözlərini eşidirlər. Onlarla başqa formada danışmaq lazımdır. Ola bilsin ki, avtoritetlər yaradıcı adamları eşitsinlər. Çünki onların yaradıcı adamlara simpatiyası olur. Bəlkə də yaradıcı adamlar onları bir yerə toplaya bilər. Amma Fuad Muradov dövlət məmurudur. Avtoritetlərin aləmində isə dövlət məmuru ayrı cür qəbul olunur. Ukraynada diaspora rəhbərlərini yalnız mən dediyim adamlar barışdıra bilərlər. Yəni, avtoritetlərin sözünü eşidib qəbul etdiyi adamlar".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Təqvim
« Fevral 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar