Xəbər lenti
"Oğlum donorluq edir, ancaq əməliyyata pulumuz yoxdur" - Şəhid anası ölkə rəhbərliyinə üz tutdu
Göyçay rayonu Müskürlü kənd sakini, şəhid anası Hüseynova Əntiqə Heybət qızı Prezident İlham Əliyevlə Birinci vitse-prezidenti Mehriban Əliyevaya mia.az vasitəsi ilə müraciət edib.
O yazır ki, övladı, 32 yaşlı Hüseynova Gülnar Hüseyn qızı qaraciyərin serrozu xəstəliyindən əziyyət çəkir:
"Hazırda ağır xəstə olaraq yataqdadır. Həkmlərin müalicəsi artıq təsir etmir. Qarın boşluğuna tez-tez su yığılır deyə çəkdirməsək, həyatın itirə bilər. Həkimlər deyir ki, xəstəyə təcili qaraciyər köçürülməlidir. Buna isə bizim maddi imkanımız yoxdur. Oğlum Rahim öz qaraciyərinin bir hissəsini bacısı Gülnara verməyə hazırdı.Ancaq qaraciyər köçürülməsini həyata keçirilməsi üçün maddi imkanımız yoxdur.
Xəstə övladımın müalicəsi üçün bu günə qədər külli miqdarda pul xərcləmişik. Evimizin əşyalarını da satmışıq, banklardan kredit götürmüşük, borc almışıq. Hazırda quru çörək almağa belə imkanımız qalmayıb. Ancaq mən ana kimi aclığa dözə bilərəm, amma balamın gözümün qarşısında ölməsinə dözə bilmərəm. Əlimizi hər yerdən üzsək də, o bir olan Allaha və Sizə böyük ümüd edirik.
Mənim oğlum Həsrət Hüseynov Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə 21 yanvar 1994-cü il tarixdə Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Mən bir ana kimi buna görə fəxr edirəm ki, oğlum vətən, millət uğrunda şəhid olub. Sizin köməkliyiniz nəticəsində Azərbaycan Respublikasında çoxlu sayda imkansız xəstə insanlar müalicə olunub sağalıb sağlam həyata qovuşublar. Şəhid ailələrinə daima diqqət və qayğı göstərirsiniz. Buna görə Sizə müraciət edirəm.
Hörmətli Prezident! Hörmətli Mehriban xanım!
Mən bir gözüyaşlı şəhid anası olaraq Sizdən çox-çox xahiş edirəm, yalvarıram xəstə qızım Gülnarın müalicə olunmasına yaxından köməklik edəsiniz".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar