Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

İslamda at əti halal, eşşək əti haramdır - İLAHİYYATÇI

Tarix: 16-05-2019 10:32     Baxış: 3255 A- / A+
İslamda at əti halal, eşşək əti haramdır - İLAHİYYATÇI

İslam dinində mübahisə mövzularından biri də at və eşşək ətinin halal olub-olmaması ilə bağlıdır.İslam alimlərinin bu məsələdə fikir ayrılıqları var.

Manevr.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyatçı Əhməd Niyazov modern.az saytına deyib ki, İslam dinində eşşək ətinin istifadəsi qadağandır.

Bildirib ki, at ətinə gəldikdə isə, onun istifadəsi caizdir, ancaq xalq arasında “at əti haramdır” deyə bir anlayış var.

Səbəbi budur ki, o dövrdə at müharibə vasitəsi idi. Buna görə də at ətinin yeyilməsi xoş olmaz, məkruhdur. Amma “haramdır” deməyiblər.

İlahiyyatçı qeyd edib ki, o dövrdə atların sayının azalmaması və nəslinin kəsilməməsi üçün onlar yeyilmirdi.

“Ona görə də at ətinin kəsilməsini qadağan etmişdilər. Başqa ət məhsullarının istifadəsini uyğun görüblər. Ancaq Quran və sünnə məsələsinə gəldikdə isə Həzrəti Aişədən bir rəvayət var. O deyir: “Biz Məhəmməd peyğəmbərlə bir at kəsdik və yedik. Yəni peyğəmbər özü at əti kəsdirib və yeyib. At əti halaldır, caizdir, İslam dininə görə yemək olar. Lakin xalq arasında yeyilməsi haramdır anlayışı müəyyən bir tarixi səbəblərə görədir. O səbəblər indiki dövrümüzdə heç yoxdur”.

Ə.Niyazov söyləyib ki, at əti və eşşək əti məsələsi İslam dininin ümumi görüşüdür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar