Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Gecə klubu ilə bağlı AYB sədri Anardan AÇIQLAMA: "Mənlik deyil, Çingizlikdir"

Tarix: 14-05-2019 19:16     Baxış: 3298 A- / A+
Gecə klubu ilə bağlı AYB sədri Anardan AÇIQLAMA: "Mənlik deyil, Çingizlikdir"

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən "Hot Room Club"da striptiz şou nümayiş etdirilir.

Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib. O, qeyd edib ki, sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.

Manevr.az xəbər verir ki, Çingiz Abdullayev isə unikal.org-a açıqlamasında faktı dolayı yolla təsdiqləyib:

“Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.

Qeyd edək ki, bu klubun sahibi Roşka Roş adlı reperdir. "Hot Room Club"da açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər.
Xatırladaq ki, bundan əvvəl burada “26” - “Twenty six” adlı kafe başqa adla gecə klubu fəaliyyət göstərirdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar