Xəbər lenti
Adil Bayramov: "Varlılar və kasıblar arasında fərq aradan qalxacaq"
"Əslində qəbiristanlıqların bələdiyyələrin balansına keçirilməsinin əsasları çoxdan yaradılıb”.
Manevr.az xəbər verir ki, bu sözləri lent.az-ın suallarını cavablayarkən bələdiyyələr üzrə ekspert Abil Bayramov deyib. O bildirib ki, sadəcə olaraq bu əsasların real həyata keçirilməsi məsələsi qalıb:
"Şübhəsiz ki, nəinki təkcə qəbiristanlıqların, eləcə də yerli əhəmiyyətli ictimai xidmətlərlə bağlı səlahiyyətlər də mərhələli şəkildə bələdiyyələrə verilməlidir. Bu baş verərsə, həmin xidmətlərin keyfiyyətini artırmaq üçün imkan yaradılacaq.
Əksər ölkələrə diqqət yetirsək görərik ki, bu məsələlər bir mənalı olaraq yerli özünüidarə orqanlarının səlahiyyət dairəsinə daxildir və demək olar ki, bu sahələrdə problemlər yox dərəcəsindədir”.
Ekspert qeyd edib ki, qəbiristanlıqların real olaraq bələdiyyələrin balansına keçirilməsindən sonra situasiyanın necə dəyişməsi ilk növbədə bələdiyyə institutunun fəaliyyətindən asılı olacaq:
"Düşünürəm ki, hər bir halda qəbiristanlıqların bələdiyyələrin daxilinə keçirilməsi əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Bunu deməyə əsas verən birinci amil ondan ibarətdir ki, bələdiyyələr yerli özünüidarəetmə təyinatı qurumlardan fərqli olaraq ictimai nəzarət altındadır. Və təbii ki, qəbiristanlıqların idarəsi bələdiyyələrdə olandan sonra ictimaiyyət bundan xəbər tutacaq və onlar quruma haqlı olaraq tələblərini bildirəcəklər”.
Abil Bayramov əlavə edib ki, danışılanlar baş tutarsa, qəbiristanlıqlarda olan vəziyyət indikindən fərqli olacaq:
"Bununla da qəbiristanlıqlar daha səliqəli, sahmanlı olacaqlar. Eyni zamanda qəbir yerləri maddi imkanlardan asılı olmayaraq hamı üçün əlçatan olacaq və varlı, kasıblar arasında fərq aradan qalxacaq.
Yenə də bildirirəm ki, bütövlükdə bu bələdiyyə institutunun fəaliyyəti ilə birbaşa düz mütənasib olacaq. Yəni, bələdiyyə doğrudan da səlahiyyətlərini keyfiyyətlə yerinə yetirməyə çalışacaqsa, bu sahədə problem aradan qalxacaq”.
Xatırladaq ki, bir müddət əvvəl Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da qəbiristanlıqların bələdiyyələrin balansına keçirilməsi ilə bağlı açıqlama vermişdi.
Onun sözlərinə görə, Komitə Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə qəbiristanlıq və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün sənəd hazırlayıb:
"Bu sənəd Nazirlər Kabinetində artıq təsdiqlənib. Eyni zamanda, Nazirlər Kabinetinin sərəncamına əsasən, qəbiristanlıqları sənəddə nəzərdə tutulduğu kimi, bələdiyyələrin balansına keçməsi ilə bağlı müddət göstərilib. Həmin müddət ərzində bələdiyyələrin balansına keçməli olan qəbiristanlıqlarda bu proses yekunlaşdırılacaq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar