Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il bal bol olacaq - VİDEO

Tarix: 13-05-2019 23:02     Baxış: 2171 A- / A+
Bu il bal bol olacaq - VİDEO


Bu il Azərbaycanda bal bol olacaq.


Manevr.az-ın məlumatına görə, bunu Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, ötən il ölkədə 300 mindən çox arı ailəsi olub. Bu il isə bu rəqəm 590 minə çatıb.

Bədrəddin Həsrətov deyib ki, arı ailələrinin bu qədər artmasına səbəb bu sahəyə subsidiyaların ayrılması və kənd təsərrüfatına diqqətin daha da artırılmasıdır. Digər səbəb isə son vaxtlar az da olsa bal ixrac edilməsidir.

Bədrəddin Həsrətov qeyd edib ki, özünəməşğulluq proqramı çərçivəsində arıçılığa geniş yer verilməsi də bu sahəyə marağı artırıb. Assosiasiya sədrinin sözlərinə görə, ötən il ölkədə 3 min tondan çox bal istehsal olunub. Bu il isə 5 min tondan çox bal olacağı gözlənilir. Artıq ölkə bazarı tam olaraq balla təmin edilir. Növbəti plan isə xarici bazarda lazımi yer tutmaqdır.

Bədrəddin Həsrətov bildirib ki, hazırda daxili bazarı və arıçılığı qorumaq üçün tədbirlər görülür. Bu məqsədlə idxal olunan bala rüsumun artırılması üçün aidiyyəti qurumlara təkliflər göndərilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar