Xəbər lenti
Elinaya “tramadol” özünü atandan sonra məcburən verilib? - Vəkillər cavab verdi
Elina Haciyevanın vəkilləri bəyanat yaydı.
Aprelin 4-də intihar etmiş azyaşlı Elina Hacıyevanın anası Sevil Hacıyevanın vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevin birgə bəyanat veriblər.
Vəkil Sevinc Əliyeva modern.az-a deyib ki, bu bəyanat bəzi internet portallarında faciəvi şəkildə vəfat etmiş Elina Hacıyevanın ailəsinin ibtidai istintaqın gedişatından narazı olduğu barəsindədir.
"Məqalələrdə mərhum Elinanın nənəsi Solmaz Ələsgərovanın zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Hacıyevanın hüquqlarını müdafiə edən vəkillərdən də narazı qaldığı barədə məlumat verilməsini nəzərə alaraq, məsələyə aydınlıq gətirməyi özümüzə borc bildik.
Əvvəla, məsələyə biganə qalmayan, işin gedişatından narahatlıq keçirən və ədalətin yerini tapmasına çalışan KİV və ictimaiyyət nümayəndələrinə təşəkkürümüzü bildiririk.
Digər məsələlərə gəlincə isə, məqalədə ilk növbədə Xalidə Bayramovanın cinayət məsuliyyətinə cəlb edilməməsi məsələsinə toxunulur. Peşəkar hüquqşünaslar kimi bütün məsuliyyətimizlə deyə bilərik ki, o şəxsin məhz cinayət məsuliyyətinə cəlb edilməsi üçün hazırda iş üzrə əlimizdə hər hansı bir əsas və sübut yoxdur”.
Sənəddə bildirilir ki, mərhumun nənəsi Solmaz Ələsgərovanın bu cür tələblə çıxış etdiyini anlayışla qəbul etmək olar:
"Bizim fəaliyyətimiz qanun çərçivəsilə məhdudlaşır və publikaya işləmək məqsədilə hüquqi əsas olmadan hər hansı bir şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsini pozuntu kimi qiymətləndirə, hüquqa uyğun olmayan bəyənatlar səsləndirə bilmərik. Buna əsas verən hər hansı halı müəyyən etməyə müvəffəq olduğumuz halda tutduğu vəzifədən asılı olmayaraq bu hadisədə təqsiri olan istənilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Məqalədə yer alan "tramal” və ya "tramadol” preparatının mərhuma direktor tərəfindən verilməsi məsələsinə gəldikdə, vəkillər bildirirlər ki, bu halın araşdırılması məqsədilə müvafiq vəsatətlər hazırlanıb və ibtidai istintaqa təqdim ediləcək:
"Elinanın anası Solmaz Hacıyevanın işə cəlb olunan iki vəkilin hərəkətsizliyi barədə verdiyi məlumata gəlincə, bildirilib ki, onun bu cür mövqeyi vəkillərdə təəccüb doğurub. Belə ki, biz məhz Sevil Hacıyevanın vəkilləriyik ki, Sevil Hacıyeva isə anasının bu cür fikirdə olduğunu özü də təəccüblə qarşıladığını və hələ ki, bizim işimizdən narazı olmadığını bildirir. Bundan başqa, Solmaz Hacıyeva iş üzrə şahid statusunda olduğu üçün bizim onunla tez-tez görüşüb, əlaqə saxlamağımız, yaxud istintaqın gedişatı barədə məlumat verməyimiz vəkil etikası və vəkil sirri baxımından da doğru deyil”.
Vəkillər həmçinin, işin uzanması və hələ ki, heç bir həkimin məsuliyyətə cəlb olunmaması barədə fikirlərlə bağlı qeyd edirlər ki, hadisə 4 aprel 2019-cu il tarixdə baş verib. Hadisədən cəmi 1 ay 10 gün müddətin keçməsi nəzərə alınsa, istintaqın uzanması barədə həyəcan təbilini çalmaq hələ ki, tezdir:
"Həkimlərin məsuliyyətə cəlb olunması məsələsi isə iş üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının nəticələri məlum olduqdan sonra qaldırılacaqdır. Hesab edirik ki, mərhum Elinanın ölümündə təqsiri sübuta yetiriləcək istənilən şəxsin məsuliyyətsiz qalması bu kimi faciələrin artmasına şərait yaradacaq”.
Vəkillər bildirirlər ki, indiyə kimi onlar tərəfindən istintaq orqanına bir sıra vəsatətlər verilib. Bundan sonra da iş üzrə istintaqın düzgün istiqamətdə aparılması üçün istintaq orqanına vacib hesab etdikləri vəsatətlər verəcəklər:
"İstintaq orqanına tərəfimizdən verilmiş və ya gələcəkdə veriləcək vəsatətlərə qərəzli mövqe bildirildiyi, vəsatətlərimiz əsassız olaraq rədd edildiyi təqdirdə bu barədə də tərəfimizdən ictimaiyyətə geniş məlumat veriləcək.
Biz də ibtidai və məhkəmə istintaqlarının ədalətli aparılmasına ümid edir və bu məsələnin diqqət mərkəzində saxlanılmasını zəruri hesab edirik. Əks halda, bu işi Avropa İnsan Haqları Məhkəməsi səviyyəsinə qədər aparacağımıza söz veririk”.
Bəyanatın sonunda vəkillər deyirlər ki, hələ ki, əllərində ciddi əsaslar olmadan publikaya oynamaq xətrinə hansısa sensasiyalı çıxışlar etmək, əsassız ittihamlar irəli sürmək istəmirlər:
"Bütün məsuliyyətimizlə anlayırıq ki, Elinanın vəfatında təqsiri olan şəxslərin layiqli cəza alması, məsum qızcığazın üzləşdiyi faciənin təkrarlanmamasına xidmət edəcək, əks vəziyyət isə gələcəkdə onun kimi qurbanların olmasını adi hala çevirəcək”.
Elina Hacıyeva oxuduğu 162 saylı məktəbin 3-cü mərtəbəsindən özünü atıb. Faktla bağlı cinayət işi açılıb, məktəbin direktoru Sevinc Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Məktəbin direktor müavini, psixoloq və sinif rəhbəri işdən çıxarılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar