Xəbər lenti
Yaz depressiyasının qarşısını necə almaq olar?
"Hər yaşda olan insanlar depressiyaya düşə bilər, lakin 20-30 yaşlarında olan gənclərdə depressiya daha çox müşahidə olunur".
Manevr.az e-tibb.az-a istinadən bildirir ki, psixiatr, uzman həkim Fuad Bəşirovun dediyinə görə, depressiyaya düşən insanı əhval-ruhiyyəsinin aşağı olmasından, zövq aldığı işlərin artıq zövq verməməsindən, cinsi istəyinin azalmasından, yuxunun pozulması, iştahanın azalmasından, özünü günahkar hiss etməsindən, həddindən artıq yatması və ya yuxusuz qalmasından müəyyən etmək olar. Bu insanlar hətta ölüm və intihar haqda düşünürlər.
Psixiatr deyib ki, mövsümü depressiya fəsil dəyişərkən baş verir. Və hər zaman bu proses təkrarlana bilir. Mövsümü depressiya eyni zamanda bipolyar xəstəliyinin, doğum sonrası depressiyanın göstəricilərindən biri sayıla bilər. Mövsümi depressiyaya əvvəl psixiatrik xəstəliyi olanlar, öncədən depressiya yaşayanlar və yaxud stresli həyat tərzi keçirənlər daha çox məruz qalır. Yaz-payız aylarında depressiyalar daha çox müşahidə olunur. Mövsümü depressiyanın qarşısını almaq üçün yuxu rejiminə diqqət yetirmək, spirtli içkilərdən, narkotik vasitələrdən uzaq olmaq və özünə vaxt ayırmaq vacib şərtdir".
Onun sözlərinə görə, mövsümi depressiya hansısa xəstəliyin ilkin göstəricisi də ola bilər.
Psixiatr əlavə edib ki, depressiyanı farmakoterapiya və psixoterapiya yolu ilə müalicə etmək olar: "Bəzən hər iki üsulla müalicə edirlər. Bu da xəstəni müayinə etdikdən sonra xəstəliyin dərəcəsinə görə tətbiq edilir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar