Xəbər lenti
İsmayıllıda "Canlı ATS" adlandırılan bələdiyyə sədri - VİDEO

İsmayıllıda yaşayan bələdiyyə sədrlərindən biri qeyri-adi yaddaşına görə hər kəsin marağına səbəb olur. O, bütün dost-tanışının telefon nömrələrini əzbər bilir. Bu qabiliyyətinə görə sakinlər onu "Canlı ATS" adlandırırlar.
Manevr.az-ın məlumatına görə, İsmayıllının Üşdal kənd sakini Niyazi Ələkbərov qeyri-adi yaddaşına görə hər kəsin marağına səbəb olur. Kəndin bələdiyyə sədri olan Niyazi Ələkbərov qohum-əqrəbası ilə yanaşı, bütün kənd sakinlərinin də nömrələrini əzbər bilir.
Hər hansı bir şəxsin nömrəsini axtaranlar da Niyazi Ələkbərova müraciət edir. Onun sözlərinə görə, bələdiyyə sədri olduğu üçün kəndin bütün sakinləri ilə telefonla danışmalı olur. Bu qabiliyyəti də məhz həmin səbəbdən yaranıb.
Odur ki, sakinlər Niyazi Ələkbərovu "Canlı ATS" adlandırırlar.
Niyazi Ələkbərov xarici ölkələrdə yaşayan qohumlarının telefon nömrələrini də əzbər şəkildə yadda saxlayır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar