Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatın popkornlu "qələbəsinə" SƏRT REAKSİYALAR: "İy sənin şəxsiyyətindən gəlir"

Tarix: 11-05-2019 09:19     Baxış: 3237 A- / A+
Deputatın popkornlu "qələbəsinə" SƏRT REAKSİYALAR: "İy sənin şəxsiyyətindən gəlir"

Ən müxtəlif sahələrin təmsilçiləri R.Musabəyovu sərt şəkildə qınayır, tənqid edir. Hətta təhqir həddinə çatacaq statuslara da rast gəlirik.
Məhz onun statusundan sonra azyaşlı uşağın “Azneft”dəki həmin yerdə olan budkası götürülüb. Bu da hiddəti daha da artırıb. Artıq məsələyə Təhsil Nazirliyi reaksiya verib ki, həmin uşağa dəstək veriləcək.


Manevr.az musavat.com-a istinadən xəbər verir ki, vaxtilə R.Musabəyovla birlikdə Müsavat Partiyasının rəhbərliyində təmsil olunan sabiq MTN polkovniki İlham İsmayıl təəssüfləndiyini dilə gətirdi: “Rasim Musabəyovu kifayət qədər qabiliyyətli, bilikli, siyasi təfəkkürü olan şəxs kimi tanımışam. O, Doğru Yol Partiyasından Müsavata gəlmişdi. 2003-cü ilə qədər onu qabiliyyətli şəxs olaraq tanımışam. Son popkorn hadisəsini misal gətirək. Rasim bəy 16 il öncə Müsavatdan çıxıb. Görünür, bu illər ərzində onda bəzi şeylər dəyişib. Məişət səviyyəsində olan bir məsələni üzə çıxarması onun son 26 ildə təfəkküründə bir aşılanmanın getdiyinin göstəricisidir. Buna çox təəssüflənirəm.
O, siyasi qabiliyyət yiyəsi olub. Ölkənin bu qədər problemləri ola-ola Rasim bəyin popkorn məsələsini bu şəkildə qaldırmasına çox təəssüflənirəm. İndiyə qədər ölkəmizdə müxtəlif rəhbərlərin dövründə məsul vəzifələrdə çalışan bir şəxsin qəfildən belə addım atmasına, sadəcə, üzülürük. Açığı, ondan bunu gözləmirdim. Səhv etdiyi və nəticənin belə olacağını gözləmədiyi haqqında nəsə yazsaydı, daha yaxşı olardı. O uşağın işlə təmin olunmağını, bunun üçün kömək etməyə hazır olduğunu bildirsəydi, daha müsbət qarşılanırdı. Məsələnin üstünə israrla getməsi onu göstərir ki, bu düşünülmüş və planlı şəkildədir. Təəssüf etmək lazımdır ki, Milli Məclisin üzvü görün, hansı işlərlə məşğuldur. Burada söhbət təkcə Rasim Musabəyovdan getmir, ümumi parlament barədə danışa bilərik. Ölkənin nəhəng problemləri var. Buradan Gürcüstan problemi çıxıb, oradan Qarabağ problemimiz var, daxildə etnik separatizm qalxır. Belə bir vəziyyətdə popkorn satanla məşğul olmaq parlamentin mahiyyətindən xəbər verir”.
Deputat Aydın Mirzəzadə sosial şəbəkələrdə həmkarına status həsr edib: “O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa, pul qalaydı”.
Virtualaz.org saytının baş redaktoru Eynulla Fətullayev deputatın əsl kimliyini sübut etmək üçün belə bir status paylaşıb: "Babası NKVD cəlladı, Abbas Zamanovun kürəkəni, özü komsomolçu, keçmiş kommunist, sonra müsavatçı, ondan əvvəl Mütəllibovun müşaviri, sonra Tamerlan Qarayevin katibi, İsa Qəmbərin köməkçisi, Rövşən Cavadovun məsləhətçisi, Oqtay Əsədovun deputatı...
Rasim Musabəyov 9 il ərzində deputatlıq fəaliyyəti dövründə ictimai maraqlar naminə bir dəfə belə çıxış etməyib, korrupsiyadan danışmayıb - Eldar Mahmudov və Ziya Məmmədov haqda belə susub, ölkənin problemlərinə biganə qalıb... Nəhayət, danışdı. 70 yaşlı kişi Bakı küçələrində popkorn satan balaca kasıb uşağın budkasını dağıtmağa çağırıb. Guya küçədən iy gəlir. Rasim, iy sənin vücudundan və şəxsiyyətindən gəlir. Utanmaz deputat..."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar