Xəbər lenti
Azərbaycanda qadınlarla bağlı TƏKLİF: 2021-ci ilədək... - VİDEO
Azərbaycanda qadınların seçkili orqanlarda təmsil olunması üçün kvotanın tətbiqi təklif edilir. Bu təklif Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının layihəsində yer alıb.
Layihədə mütləq kvotanın tətbiqi məsələsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli Məclis tərəfindən 2021-ci ilədək nəzərdən keçirilməsi tövsiyə edilir.
Hesab olunur ki, Azərbaycanda müvəqqəti mütləq kvotanın tətbiqi yolu ilə qadınların Milli Məclisdə və aşağı səviyyəli seçkili orqanlarda daha böyük sayda təmsil olunmasına dəstəyin verilməsi məsələsini nəzərdən keçirmək lazımdır.
1990-cı ilədək seçki orqanlarının üzv yerinin minimum 33 faizinin qadınlara şamil edilməsini tələb edən kvota mövcud idi. 1989-cu ildə milli parlamentdə qadınların sayı parlamentin ümumi üzvlərinin 40 faizini təşkil edirdi. 1991-ci ildə parlamentdə qadınların sayı 4,3 faizə düşdü. Sonrakı illərdə bu rəqəmin artmasına baxmayaraq, qadınların təmsilçilik faizi yenə də Avropa ölkələri ilə müqayisədə aşağıdır.
Azərbaycanda məcburi kvotaların tətbiq edilməsi BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin bütün fomalarının ləğv ediməsi üzrə Komitəsi tərəfindən də tövsiyə edilib. Bu isə qadınları 1990-cı ildən əvvəl olduğu kimi ayrılmış minimal saydan daha çox yerlər üçün seçkiyə qatılmaqdan məhrum etmir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar