Xəbər lenti
Şadlıq saraylarına xəbərdarlıq! Zəhərlənməmək üçün bunları edin - VİDEO
Qarşıdan isti yay aylarının gəldiyini nəzərə alsaq, daha da diqqətli olmaq vacibdir. Belə havalarda qida məhsullarında kimyəvi reaksiyalar güclənir və köhnə, vaxtı keçmiş, eləcə də düzgün saxlanılmayan qida məhsullarından zəhərlənmələr daha çox olur.
Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Sakin: "Həm qane edir, həm də qane etmir".
Sakin: "Şadlıq evi möhürü olmayan əti nə üçün qəbul etməlidir? Zəhərlənmənin elə çox pis ətdən əmələ gəlir".
Bəzi sadlıq sarayları və restoran sahibləri bu məsələdə üzərinə düşən məsuliyyəti dərk etmir. Nəticədə əvvəlki məclislərdən yığılıb qalmış köhnə qidalar süfrələr yol açır. Bundan əlavə, tez xarab olan salat və digər qidaların vaxtın tez süfrəyə düzülərək saatlarla ortada qalması, mətbəxdə təmizlik normaların əməl edilməməsi də insanların toyda yediklərini burnundan tökə bilər.
Rəşad Qasımov - Şadlıq sarayının icraçı direktoru: "Saraya ət məhsulları gələndə, əgər bunu ev yiyəsi edirsə, biz onlardan sənət götürürük ki, bu təmizdir. Ancaq öz mətbəximizdə bişməlidir. Çox vaxt gigiyenik tərəfləri ilə maraqlanmırlar. Onlar üçün qiymət daha önəmlidir".
Qida Təhlükəsizliyi Dövlət Agentliyi də məsələni nəzarətdə saxlayır. Qurumun əməkdaşları məclislərdən öncə ət və ət məhsullarının keyfiyyətini yoxlayır və sağlamlığını təsdiq edən sənəd verirlər.
Yaşar Süleymanov - Şəki 1 saylı Qida Təhlükəsizliyi Nəzarət məntəqəsinin baytar həkimi: "Şadlıq evlərinə gələn bütün ət və ət məhsulları ekspertiza laboratoriyasından keçmiş sənətlə birlikdə qəbul edilsin.
Təbii ki, toy sahiblərinin də üzərinə də böyük məsuliyyət düşür. Onlar özlərinin və dəvət etdikləri qonaqların sağlamlığını düşünərək hər bir qidalanın keyfiyyətinə əmin olduqdan sonra masaya düzülməsinə icazə verməlidirlər. Qazanclarını düşünərək keyfiyyətsiz qida məhsullarını qonaqlara təqdim edən, yaxud bu məsələyə nəzarəti yalnız restoran sahibin öhdəsinə buraxlanların xoş günləri isə xoşagəlməz hadisələrlə yekunlaşa bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar