Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı qızı yanan təyyarədə ölməkdən son anda atası xilas etdi

Tarix: 07-05-2019 11:01     Baxış: 4292 A- / A+
Azərbaycanlı qızı yanan təyyarədə ölməkdən son anda atası xilas etdi


Ötən gün Moskvanın Şeremetyevo hava limanında faicə baş verib. "Aeroflot" şirkətinə məxsus SSJ-100 təyyarəsi Moskvadan Murmanska uçurdu, lakin bir neçə dəqiqə sonra təyyarə təcili eniş etməyə başlayıb, bu zaman isə alovlanıb. Göyərtədə olan 78 nəfərdən 41-i ölüb.

Xoşbxətlikdən bəzi insanlar son anda faciədən xilas ola biliblər. Belə sərnişinlərdən biri azərbaycanlı Fəridə Ruslanovadır.

Manevr.az xəbər verir ki, o, hadisə barədə day.az-a danışıb:

"Mən kredit və sığorta sahəsində işləyirəm. İşimlə əlaqədar mütəmadi olaraq Rusiyanın müxtəlif şəhərlərinə uçuram. İşdə mənə Murmanska getməyi təklif etdilər - mən razılaşdım", - Ruslanova danışır.

Gənc qızın sözlərinə görə, o, artıq bilet almışdı və uçmağa hazırlaşırdı, lakin son anda planlar dəyişib.

"Gözlənilmədən Moskvaya atam gəldi, o, başqa şəhərdə işləyir, ildə bir dəfə gəlir. Heç kimə deməmişdi, sürpriz edirdi. Mən "komandirovka"dan imtina etmək məcburiyyətində qaldım, əvəzimə iş yoldaşım getdi. Hazırda o reanimasiyadadır. Zəhərlənib və yanıq yaraları alıb", - Fəridə deyir.

F.Ruslanova qeyd edir ki, faciədən xəbər tutandan sonra qorxu içində yaşayır.

"İş yoldaşıma təyyarədən çıxmağa imkan vermirdilər. O, orada insanlara görə ölə bilərdi - onlar öz baqajlarını çıxarmaq istəyirdilər. Onu göyərtədən ekipaj üzvü Moiseyev itələyib çıxardı. Çox təəssüf edirəm ki, Moiseyev özü orada ölüb", - Fəridə bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar