Xəbər lenti
“Xruşşovka”ların bazarı bağlandı: kirayələr isə... - Ekspert
Mayın 15-dən sonra kirayə mənzil bazarında ucuzlaşma müşahidə ediləcək.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nazim Kəlbəliyev deyib. O bildirib ki, mayın ortasından avqustun ortalarına kimi kirayə mənzil istəyən müştərilər üçün seçim şansı da çox olacaq:
“Kirayə mənzil bazarına hazırda mart ayından bəri tələbat çoxdur. Buna səbəb Novruz bayramı və Formula-1 yarışları münasibətiylə paytaxtımıza gələn turistlərin sayının artması oldu. Yəqin ki, bu canlanma mayın 15-ə kimi davam edəcək. Mayın 15-dən avqustun 10-a kimi kirayə mənzil bazarında müştərilər üçün seçim çox, qiymət isə münasib olacaq. Yeni təhsil ilinin başlaması ilə əlaqədar avqustun 10-dan sonra isə qiymətlərin bahalaşacağı və seçim şansının azalacağı gözlənilir”.
Ekspert mənzil alğı-satqısında da hələlik ciddi bir qiymət dəyişikliyi və canlanma olmadığını bildirib:
“Yeni binalarda, ipotekaya yararlı köhnə, yəni 71-ci ildən sonra tikilmiş binalarda alğı-satqı əməliyyatları hələki normaldır. Lakin sənədsiz və 70-ci ildən əvvəl tikilərin binalarda durğunluq davam edir. Hesab edirəm ki, bu durğunluq növbəti 3 ayda da belə olacaq. Fransız layihəli, “xruşşovka” evlərin isə alğı-satqı prosesi demək olar ki, olmur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar