Xəbər lenti
Gəncə qapısı haqda şok iddia: Gürcülərin tarixi yalanı?
Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılan qapının qədim Gəncə şəhərinin giriş qapısı olmasına heç bir şübhə yoxdur.
Manevr.az bildirir ki, bu sözləri axar.az-a AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözügedən qapının, əslində, Gəncənin giriş qapısı olmaması iddiasına cavab olaraq deyib.
O xatırladıb ki, Gəncə qapısı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb:
"1138-1139-cu illərdə güclü zəlzələ şəhəri dağıdıb və bundan istifadə edən Gürcü çarı Demetre hücum edib şəhəri talayıb, qənimətlər arasında Gəncə qapısını da aparıb.
Qapının bir tayının olmamasına səbəb isə gürcü monarxlarının əmri ilə həmin tayın parçalanıb monastırın tavanında mismar kimi istifadə edilməsi olub".
Qeyd edək ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Gəncənin əsas giriş qapısı haqqında aşağıdakı iddia ilə çıxış edib:
"Bəzi mənbələrdə yazılır ki, guya gürcü monarxlarının əmri ilə Gəncə qapısının bir tayından mismar kimi istifadə edilib. Düşünürəm ki, gürcülər əsl Gəncə qapılarının Azərbaycana nə zamansa qayıdacağını düşünərək, belə bir saxta tarix uydurublar və orijinal qapıları Gürcüstanda hardasa gizlədirlər. Bizə isə kiçik bir qapını göstərirlər.
Mən əminəm ki, bu gün Gürcüstanın Kutaisi rayonundakı Helat monastırında saxlanılan qapı əsl Gəncə qapısı deyil. Bu, Gəncəyə aid olsa da, qalanın giriş hissəsindəki qapı deyil. Orda bunu mütləq tədqiq etmək lazımdır. Gürcülər bizim bir çox qədim əşyamızı bu qapı kimi haradasa bərk-bərk qorumaqdadırlar".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar