Xəbər lenti
Bu il əlilliyi olan şəxslərə 10 135 reabilitasiya vasitəsi verilib - Nazirlik
Bu ilin yanvar-aprel aylarında əlilliyi olan şəxslər 10 135 reabilitasiya vasitəsi ilə təmin edilib.
Manevr.az xəbər verir ki, bu barədə report-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 3 691 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 425 nəfəri ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 470 əlil arabası, 356 aşağı və yuxarı ətraf, habelə döş protezi, 389 aşağı və yuxarı ətraf ortezi, 2 273 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 91 korset, 516 cüt protez ayaqqabı, 1 925 cüt ortopedik ayaqqabı, 312 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 914 qoltuqaltı və dirsəkaltı ağac, 524 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, 2019-cu ilin yanvar-aprel aylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 10 135 reabilitasiya vasitəsi verilib, 256 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar