Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vergi orqanları gizlədilən əmək haqlarını necə aşkarlayır?

Tarix: 03-05-2019 10:11     Baxış: 3225 A- / A+
Vergi orqanları gizlədilən əmək haqlarını necə aşkarlayır?

Keçmiş işçilərlə söhbət, vakansiya elanları, kredit üçün verilən arayışlar....

Dünyanın əksər ölkələrində işəgötürənlərin real əmək haqqını uçotdan yayındırma halları mövcuddur. İnkişaf etmiş ölkələrdə bu kimi vergidənyayınma hallarına əsasən restoran, nəqliyyat, pərakəndə və topdansatış, tikinti və təmizlik xidmətlərində, ictimai iaşə sektorunda daha çox rast gəlinir. Təəssüf ki, Azərbaycanda belə hallara demək olar, bütün sahələrdə təsadüf edə bilərik. Bura səhiyyə, təhsil, hüquq məsləhəti, mühasibatlıq xidmətləri, tikinti-təmir-dizayn, daşınmaz əmlakın alqı-satqısı, mebel sexləri, şirniyyatçılar və s. sahələr aiddir. Biz bu siyahını artıra bilərik.

Bu cür qanun pozuntularının qarşısının alınması vergi orqanlarının başlıca vəzifəsidir. Hazırda beynəlxalq təcrübədə “zərf” maaşları ilə mübarizədə bir-birindən fərqli iki yanaşma tətbiq olunur. Birinci halda - “birbaşa yanaşmada” cərimələrin artırılması və qeyri-qanuni əmək haqqı ödənişi ilə mübarizə vasitələrinin sərtləşdirilməsi nəzərdə tutulur. Bu zaman vergidən yayınma hallarının səbəbləri deyil, nəticələri aradan qaldırılır. İkinci halda - “dolayı yanaşma”da isə işçilərin və işəgötürənlərin qanunvericiliyə və dövlət qurumlarına inamlarının artırılması ön plana çəkilir. Dolayı yanaşma daha çox qarşılıqlı etimada söykənən münasibətlərin formalaşmasını şərtləndirir. Vergi və digər qurumlar (əmək müfəttişliyi, sahibkarlar konfederasiyası, və s.) işəgötürənlərə və işçilərə əmək haqqı məbləğinin tam şəkildə bəyan edilməsinin faydalarını izah edir, ödədikləri verginin müqabilində gələcəkdə əldə edəcəkləri üstünlüklərə - pensiya təminatı, kredit almaq imkanları (xüsusilə, ipoteka kreditləri) və s. dair maarifləndirmə tədbirləri təbliğ olunur.

Müşahahidələr göstərir ki, Azərbaycan hökuməti iş yerlərinin uçotu sahəsində problemləri aradan qaldırmaq üçün hər iki təcrübədən yararlanır. Belə ki, 2018-ci ildə Vergi Məcəlləsinə mühüm dəyişiklik edildi. Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişi sisteminin leqallaşdırılması məqsədilə qeyri-neft-qaz sektorunun özəl bölməsindəki əmək bazarına 8000 manatadək vergi güzəşti verildi. Yəni əmək haqlarının leqallaşdırılması istiqamətində birinci addımı dövlət atdı. Dövlət öz büdcə gəlirlərinin bir hissəsindən bilərəkdən imtina etdi ki, əmək haqlarının ağardılması, “zərflərdən” çıxarılması üçün münbit şərait yaransın.

Bu, həm də “kölgə iqtisadiyyatı”nda çalışan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş qərardır. Çünki qeyri-rəsmi əmək bazarının fəaliyyətindən ən çox zərər görən sıravi vətəndaşdır.

Əldə etdiyimiz məlumata görə, vergi orqanları əmək haqlarının gizlədilməsini aşkarlamaq üçün ən müxtəlif üsullardan istifadə edirlər. Məsələn, ən klassik üsullardan biri müəssisənin indiki və ya keçmiş əməkdaşları ilə söhbətin aparılmasıdır. Təcrübə göstərir ki, bu zaman işçi elə ilk söhbətdə aldığı real əmək haqqının məbləğini vergi müfəttişinə bildirir. Nəzərə alsaq ki, bu ilin əvvəlindən vergi orqanları hər bir müəssisə üzrə işçilərə yazılan əmək haqları barədə onlayn məlumat almaq imkanı əldə ediblər, bu iş daha da asanlaşıb. Vergi orqanında şübhələr yarandıqda müəssisənin vakansiya elanlarına nəzər salır və orada vəd olunan əmək haqqının hesabatdakı rəqəmlərdən fərqləndiyini görür. İşçinin kredit üçün banka təqdim etdiyi arayışda göstərilən əməkhaqqı məlumatları da qeyri-rəsmi əmək haqqı ödənişini müəyyən etmək üçün mənbə kimi geniş istifadə olunmaqdadır.

Bundan başqa, Vergilər Nazirliyi müxtəlif biznes qurumları, peşəkar assosiasiyalarla (mühasiblər, auditorlar, konsaltinq şirkətləri, maliyyə mütəxəssisləri və s) müntəzəm olaraq dialoq aparır. Vergi orqanlarında çalışanların ölkənin biznes mühitində baş verən hadisələri yaxından izləmək, müəyyən indikatorları, cümlədən əmək haqları səviyyəsi barədə məlumat almaq imkanları kifayət qədər genişdir.

Nəhayət, audit yoxlaması... Düzdür, son dövrlərdə Vergilər Nazirliyinin audit yoxlamalarının sayını azaltması müşahidə olunur. Bu, həm də sahibkara öz uçot hesabat işlərini qaydaya salmaq, necə deyərlər, “kölgədən” daha sürətlə çıxmaq üçün yaradılmış fürsətdir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, qara mühasibatlığı aşkarlamaq üçün vergi orqanlarının imkanları xeyli artıb. Bu baxımdan, real əmək haqqını gizlədən sahibkarlar üçün vergi müfəttişlərinin gəlişi sürpriz olmamalıdır. Onlar nəzərə almalıdılar ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə sanksiyalar sərtləşdirilib. Hər ehtimala qarşı xatırladım ki, işçinin əmək haqqının gizlədilməsinə görə təqvim ili ərzində ilk dəfə baş verdikdə 2.000 manat, 2-ci dəfə 4.000 manat, üçüncü dəfə və daha çox hallarda isə 6.000 manat maliyyə sanksiyası nəzərdə tutulur. Özü də bu sanksiya hər işçi üzrə ayrılıqda tətbiq olunur və etiraf edək ki, az məbləğ deyil. Beləliklə, vergi ödəyicisi ya işçi ilə müqavilə bağlamayıbsa, ya hesabatlarında əmək haqqını tam göstərməyibsə hər bir gizlədlən əmək haqqı məbləği üzrə bu sanksiyanı ödəməyə hazır olmalıdır.

Bütün bunlar isə o deməkdir ki, sahibkarlar vergi müfəttişlərinin gəlməsini gözləmədən əmək haqqı siyasətlərini qanunverciliyin tələblərinə uyğunlaşdırmalıdılar. Əks halda, müvafiq yoxlama və yüksək sanksiyalar qaçılmaz olacaq.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar