Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Öz generalı ilə evlənən kral, baş həkimi qaçıran deputat - Səlahiyyət sahiblərinin macəraları

Tarix: 03-05-2019 06:13     Baxış: 2306 A- / A+
 Öz generalı ilə evlənən kral, baş həkimi qaçıran deputat

Tayland kralı Maha Vajiralongkorn (Onuncu Rama) öz mühafizəsinin rəisi olan qadın generalla evlənib. Yerli Banqkok Post qəzetinin mayın 1-də yaydığı xəbərə görə, general Suthida Vajiralongkorn artıq "keçmiş mühafizə başçısıdır", çünki bundan sonra titulu təbii olaraq kraliça olacaq.

Əvvəllər bütün kral ailəsinin təhlükəsizliyinə cavabdeh olan general, kraliça titulu ilə bərabər monarxa aid bütün səlahiyyətlərə sahiblənib. Reuters agentliyi isə xəbər verir ki, X Rama titulunu daşıyan Vajiralongkorn indiyədək yalnız konstitusiya əsasında monarx idi. O taxta atası Bhumibol Adulyadej 70 illik hökmranlıqdan sonra 2016-cı ildə vəfat edəndən çıxmışdı.

Onun rəsmi tacqoyma mərasimi isə buddist və Brahma mərasimləri ilə mayın 4-də keçiriləcək. Beləliklə kral bu mühüm mərasimdən əvvəl həm də şəxsi həyatının önəmli addımı haqda bəyanat verib. Hərçənd bu onun sayca 4-cü nikahı olacaq. Kral bundan əvvəl üç dəfə boşanıb və həmin nikahlardan 7 övladı var.

Stüardessalıqdan kraliçalığa uçuş

Başqa bir mənbə bildirir ki, yeni kraliçanın 40 yaşı var. O bir vaxtlar Thai Airways milli hava şirkətinin stüradessalarından biri olub. 2014-cü ildə onu Maha Vajiralongkorn ailəsinin komandiri təyin ediblər. 2016-cı ildə ona general rütbəsi verilib.

Kral Maha Vajiralongkornun 66 yaşı var. Onun özü də əvvəlki kralın böyük oğlu kimi taxt-taca 2016-cı ildə sahiblənib. Beləliklə kralın və yeni kraliçanın karyeralarındakı paralellər təsadüfiyə oxşamır.

Putin partiyasının deputatı qız qaçırıb

Dünyanın başqa yerlərində də hakimiyyət və səlahiyyət sahibləri şəxsi problemlərini ən müxtəlif formalarda həll edirlər. Interfax mayın 1-də xəbər verir ki, İnquşetiyada yerli Xalq Məclisinin deputatı "evlənmək məqsədilə" respublikanın başqa bir sakinini "Qafqaz qaydası ilə" oğurlayıb.

Xəbərlərdə deputatın adı açıqlanmır, sadəcə olaraq onun Vladimir Putinin Vahid Rusiya partiyasının fraksiyasından olduğu bildirilir. Bu hadisə İnquşetiya Respublikasının Malqobek rayonunda baş verib. Oğurlanan qadın bir az əvvəl həmin rayonda mərkəzi xəstəxananın baş həkimi idi.

Bu hadisə ona görə bu qədər rezonans doğurub ki, respublika parlamentinin deputatları artıq çoxdan bəridir "köhnə və ziyanlı" Qafqaz adət-ənənələrinin kökünün kəsilməsinə çağırışlar edirlər. Onlar bildirirlər ki, qadının hətta evlənmək məqsədilə qaçırılması İslam qanunlarına ziddir. Köhnə adət-ənənələrdən əl çəkə bilməyənlər üçün cərimələr nəzərdə tutulub.

3 min dollar cərimə

İndi həmin bu deputat mərkəzi məscidin nəfinə 200 min rubl (3086 dollar), bu işdə təzəbəyə kömək etmiş yoldaşları isə hər biri 100 min rubl olaraq cərimə ödəməlidirlər. Məscid bu pulları imkansızlara xərcləyir.

Cəriməni ödəməyənlər aid olduqları tayfadan xaric edilirlər. 2017-ci ilin aprelində İnquşetiya parlamenti Rusiya Dövlət Dumasına qanunvericilik layihəsi təklif edib. Həmin layihədə insanın onunla nikaha girmək məqsədilə oğurlanmasına görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qafqaz adətlərinə yaxşı bələd olan İnquşetiya başçısı Yunus-Bek Yevkurov bu deputat təşəbbüsünü dəstəkləməyib. O deyib ki, federal qanunlarda adam oğurluğu üçün nəzərdə tutulan cəzalar var və bu qanunlar evlənmək məqsədilə oğurlanmış şəxslərə də şamil edilir turkustan.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar