Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan daxili işlər nazirindən Azərbaycanla bağlı çağırış

Tarix: 02-05-2019 11:40     Baxış: 3288 A- / A+
Gürcüstan daxili işlər nazirindən Azərbaycanla bağlı çağırış


Azərbaycanla sərhədlərin demarkasiyasını maksimal mümkün qısa müddət ərzində yekunlaşdırmaq lazımdır.

Belə bəyanatla Gürcüstanın daxili işlər naziri, təhlükəsizlik Şurasının katibi Georgi Qaxariya çıxış edib. O, bu mövzu ilə spekulyasiya edib etnik nifaq salmaq istəyənləri “ehtiyatlı olmağa” çağırıb.

Qaxariya qeyd edib ki, hakimiyyət qardaş dövlət Azərbaycanla razılaşma əldə edəcək. Lakin məsələ həssas olduğu üçün bu mövzuda spekulyasiyalara yer olmamalıdır.

“Bu çox həssas mövzudur. Bu bizim irsimizdir, postsovet irsidir və əlbətdə ki, sərhədlərin demarkasiyası mümkün qədər tez başa çatdırılmalıdır. Birmənalı olaraq bu mövzu ilə spekulyasiya etməyə, etnik nifaq salmağa çalışanlara çağırış edirəm ki, olduqca ehtiyatlı olsunlar. Çünki biz əminik ki, strateji tərəfdaşımızla və qardaş dövlətlə demarkasiya çərçivəsində razılaşma əldə edəcəyik və bu razılaşma çərçivəsində həm bizim mədəni irsimiz, həm Kilsəmizin maraqları nəzərdə tutulacaq”-nazir bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanla Gürcüstan sərhədindəki “Keşikçi Dağ” monastrı ətrafında gərginlik yaranıb. Gürcü zəvvarlar iddia ediblər ki, Azərbaycan sərhədçiləri monastra gediş-gəlişi məhdudlaşdırıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar