Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sürücülərə şad xəbər: Maşınlara pərdə vurulmasına icazə verildi – VİDEO

Tarix: 30-04-2019 17:46     Baxış: 3254 A- / A+
Sürücülərə şad xəbər: Maşınlara pərdə vurulmasına icazə verildi – VİDEO

Mayın 1-dən etibarən avtomobillərin arxa qapılarındakı şüşələrə jalüz və pərdə vurmaq olar. Bu qərar noyabrın 15-ədək qüvvədə qalacaq. Ancaq, şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələr vurula bilər.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Elməddin Muradlı - Ekspert: “Arxa yan şüşələrə vurulur sadəcə olaraq. Burada plyonkadan söhbət gedə bilməz, teatral pərdədən söhbət gedə bilməz. Bəzən sürücülər icazəni özlərinə sərf edən variantda başa düşürlər. Teatral pərdələrdən istifadə edirlər. Hansı ki, içəridə tam məhdudiyyət yaradır. Görüntü yoxdur. Plyonkalardan da istifadə edirlər. Bu da qadağandır, olmaz”.

Artıq bazarda jalüz və pərdələrə təlabat da artıb. Qiymətlər isə məhsulun keyfiyyətindən asılı olaraq dəyşir.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, sürücülər pərdə və jalüzlərdən istifadə edərkən diqqətli olmalıdır. Bəzən sürücülər avtomobilin arxa yan şüşəsinə də plyonkla vurur. Bu qanunla qadağandır və bunu edənlər cərimələnir.

Vaqif Əsədov – DYP-Nin Bölmə Rəisi: “Avtonəqliyyat vasitələrinin güzgü və ya buqələmun rəngdə olması inzibati xəta tərkibi yaradır. Eləcə də qapı şüşələrinə plyonka vurmaqla istismar edilməsi inzibati xəta tərkibi yaradır və bunu edən sürücülər 150 manat məbləğində cərimə olunur”.

Sürücü: “Maşın bazarında texniki standartlara uygun yığıb quraşdırırlar. Amma belə məhəllələrdə düzəldənlər də var. Deyirlər guya içində məftil olur. Guya təhlükəlidir. Qəza anında nəsə xətər verə bilər”.

Fərhad Eyyubov – Ekspert: “Həmin o şüşələrin görmə dərəcəsi müəyyən faizlərə uyğun olaraq arxa, yan şüşələrə görə icazə verilir. Nə qədər müşahidə prosesi, yəni görmə çox geniş olsa, yaxşı olsa, sürücülərdə təhlükəsizlik məsələsi o qədər asan həll olunur”.

Bu gün əksər bazarlarda istifadəsi qadağan olunan plyonka və pərdələr satılır.

Vaqif Əsədov - DYP-nin Bölmə Rəisi: “Satılan hər hansı əşyanın təyinatını dərindən bilmək lazımdır. Bu gün plyonka satılırsa və bunun ev şüşələrinə də vurulması nəzərdə tutulubsa, niyə biz bunun fərqinə varmırıq. Yəni konkret standartlarda tələblər nədir, o tələblərə uyğun hərəkət etməliyik”.

Qeyd edək ki, avtomobilin ön şüşəsinin şəffaflığı minumum 75 faiz, qabaq yan şüşələr 70 faiz, arxa yan şüşələr isə 60 faiz olmalıdır. Bu qaydalara riayət etməyənlərin avtomobili cərimə meydançasına aparılacaq. Yalnız şüşələr standartlara qaytarıldıqdan sonra onun istifadəsinə icazə veriləcək.



Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar