Xəbər lenti
“Zərərli vərdişlərə yox deyək” - TƏDBİR
“Zərərli vərdişlərə yox deyək”- maarifləndirici tədbiri keçirilib.
Azərbaycan Dillər Uuniversitetinin Təhsil fakültəsinin fransız dili və rus dili müəllimliyi ixtisası üzrə 20 yanvar şəhidi Ağabəy Novruzbəyli adına Nəsimi rayonu 46 N-li tam orta məktəbdə pedaqoji təcrübə keçən 432r, 431C, 442 qruplarının tələbələri şagirdlərin bilik, bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, onlarda müsbət əxlaqi normaların formalaşması istiqamətində aparılan tərbiyəvi işlərinə də xüsusi diqqət yetirirlər.
Sağlam həyat tərzi uğrunda mübarizə sağlam cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət siyasətimizin başlıca məqsəd və vəzifələrindən hesab olunan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən layihə və tədbirlər sırasında mühüm amil kimi diqqət çəkən zərərli vərdişlərlə mübarizə hər hansı kampaniya xarakterli məsələ deyil, dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan davamlı siyasətdir. Bu baxımdan da pedaqogika kafedrasının müəllimi, pedaqoqika üzrə fəlsəfə doktoru Şəfiqə Tahirovanın təşkil etdiyi “Zərərli vərdişlərə yox deyək” maarifləndirici tədbir də dövlətin diqqət və nəzarətində olan məsələləri dəstəkləmək xarakteri daşıyır.Tələbələr hesab edirlər ki, uşaqların yeniyetməlik dövründəki mənəvi həyat problemləri daim narahatlıq doğurur. Bu dövrdə yeniyetmənin həyatında elə əsaslı dəyişikliklər baş verir ki, idrakının, davranışının, əqli əməyinin, yoldaşlarla qarşılıqlı əməkdaşlığının, münasibətlərinin, valideynlərlə rəftarının, emosional, estetik, mənəvi-əxlaqi inkişafının bir çox tərəfləri müəllimə sirli və anlaşılmaz görünür, bu da onların yeniyetmələrlə işləmək işini xeyli çətinləşdirir. Ona görə də, məktəblilərlə keçirilən bu səpkidə tədbirlər, mütəmadi onlarla aparılan əxlaqi söhbətlər uşaqlarımızın düzgün inkişafına, asudə vaxtlarının səmərəli keçməsinə müsbət təsir göstərir.
Tədbir zamanı tələbələr H.Gülnarə, A.Nərminə, M.Qəmər, B.Aysel (qrup 432R), M.Cəmalə, M.Rəşad (qrup 431C), A.İradə, A.Nübar, A.Nurlana, (qrup 442) və b. şagirdlərə zərərli vərdişlərə dair lazımı maarifləndirici məlumatlar verərək, həmçinin rəngarəng, biri-birindən maraqlı təqdimatlar nümayiş etdirdilər, onlara bir daha siqaretin, alkoqolun və cəmiyyətdə “ağ ölüm” kimi tanınan sərhəd tanımayan və bu gün beynəlxalq problemə çevrilən narkomaniyanın törətdiyi xoşagəlməz fəsadlarla bağlı lazımı məlumat verdilər, həmçinin onlara sağlam həyat uğrunda mübarizə aparmağı tövsiyə etdilər.
Tədbir zamanı şagirdləri maraqlandıran suallarlı cavablandırıb və tədbirin sonunda tələbələr onlara məktəbdə yaradılan əlverişli şəraitə görə məktəb rəhbərliyinə, həmçinin məktəbin pedaqoji kollektivinə minnətdarlıqlarını bildirdilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar