Xəbər lenti
Nazirlikdən pensiya açıqlaması
Yeni aylıq təqaüdləri təsis olunub
"Artıq aprel ayı üzrə sosial müavinət və təqaüdlər artırılmış məbləğlərdə ödənilib". İstiPress-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilib.
Verilən məlumata görə, prezidentin İlham Əliyevin fərmanları ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər artırılmaqla, yeni aylıq təqaüdləri təsis olunub.
"Eyni zamanda, sosial müavinət alan müharibə veteranlarına yeni təsis olunmuş aylıq təqaüd (80 manat) da verilib.
Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər üçün 100 manat, onlara və həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq 50 manat, əmək pensiyası alan müharibə veteranları üçün aylıq 80 manat yeni təqaüdlərin verilməsi üçün isə normativ qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib.
Qaydalar təsdiq edildikdən sonra həmin vətəndaşlardan sənədlər qəbul olunmaqla, onlara yeni təqaüdlərin təyin olunaraq gələn ayın sosial müavinət və ya pensiyaları ilə birgə verilməsi (aprel ayının da təqaüdü daxil olmaqla) təmin ediləcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar