Xəbər lenti
“Elmin köməyindən danışanda çoxları əsəbləşir” – Sosioloq böyük bəladan danışdı
“Gün ərzində xeyli jurnalistlərlə, məsul işçilərlə, məmurlarla təmasda oluram. Sosioloq olduğumdan təbii ki, onların bir çoxu mənə belə bir sual verir: Filan sosial sahədəki filan problemi həll etmək üçün hansı tədbirləri görməyi məqsədəuyğun hesab edirsiniz? Mənim cavabım bir qayda olaraq belə olur: filan təcili, çevik tədbirləri görmək olar”.
Manevr.az xəbər verir ki, bunu sosioloq Əhməd Qəşəmoğlu deyib.
Ə.Qəşəmoğlu hesab edir ki, günü-gündən mürəkkəbləşməkdə olan cəmiyyətdə sosial problemi həll etmək üçün mütləq elmi araşdırmalar aparmaq, elmi metodların köməyilə ciddi fəaliyyət proqramı hazırlamaq və onu həyata keçirmək lazımdır:
“Elə ki, söhbət elmin köməyindən düşdü bir qayda olaraq hamı, xüsusi olaraq məmurlar etinasız baxır. Bu bizim çox böyük bəlamızdır. Artıq 200 ilə yaxın vaxtdır ki, sosial sahələrdəki problemləri tənzimləmək, idarə etmək üçün xüsusi elm sahələri formalaşıb. Qabaqcıl ölkələr hamısı bu metodların köməyilə qabaqcıl olub. Onlar bizim ölkəmizdə öz maraqlarını da bu elmlərin köməyi ilə həyata keçirir. Onlar ilk növbədə bu sahədə ciddi mütəxəssislər hazırlayırlar. Bizdə isə elmin köməyindən danışanda çoxları əsəbləşir”.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar