Xəbər lenti
"Xoşqədəmin verilişi bağlansın!" deyən şəxs efirdə aparıcı ilə ÜZ-ÜZƏ GƏLDİ
Xoşqədəmin Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinin bağlanmasını istəyən bloqer Saleh Nəsirov canlı yayıma çıxıb.
Saleh Nəsirov bildirib ki, bu gün çox insanlar tənqidlə təhqiri səhv salırlar:
"Ona görə bu cür aqresiv reaksiya verirlər. Hər kəs yanlışlığa yol verə bilər. Mənim verilişin bağlanması ilə bağlı paylaşdığım status birinci deyil. Mən, ümumiyyətlə, bu verilişə baxmıram. Mən fikrimdə ekspertləri dırnaq arasında vermişəm. Verilişə elə ekspertlər çağırılmalıdır ki, hadisələrə düzgün rəy versin. Ailə və şəxsi məsələlərin efirə verilməsi düzgün deyil. Mənim ixtiyarım yoxdur ki, kiminsə üstünə gedərək təhqirlə tənqidi səhv salım. Siz düzgün edərək tənqid edənləri bu gün efirə çağırmısınız. Məni verilişə çağıranda bildirdim ki, mənim "Səni axtarıram"da nə işim var".
Qeyd edək ki, Saleh Nəsirov aprelin 4-də sosial şəbəkədə özünün şəxsi səhifəsində efirə çıxan və daun sindromlu oğlunu uşaq evinə atan qadının ekspertlər tərəfindən sərt tənqidə məruz qalmasına münasibətini bildirərək verilişin bağlanmasını istəyib.
Xoşqədəm Hidayətqızı bu illər ərzində gördüyü işləri Saleh Nəsirova canlı yayımda göstərərək məlumat verib. big.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar