Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Bu hərbi qulluqçular Müdafiə Nazirliyinə çağırıldı

Tarix: 26-04-2019 19:28     Baxış: 2262 A- / A+
Bu hərbi qulluqçular Müdafiə Nazirliyinə çağırıldı


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aprelin 26-da ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu ilə görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ümummilli lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə çıxış edən Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən orduya göstərilən diqqət və qayğıdan söz açaraq ordu quruculuğu sahəsində aparılan islahatlar, əldə edilən uğurlar barədə ətraflı məlumat verib və bu yolda veteranların xidmətlərindən danışıb. O, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında ehtiyatda və istefada olan hərbi qulluqçuların böyük rol oynadığını vurğulayaraq onların daha fəal olmalarını tövsiyə edib.

Veteranlar bu cür görüşlərin mütəmadi keçiriləcəyinə ümidvar olduqlarını bildirərək bəzi problemlərin həlli yolları barədə müzakirələr aparıb, səmərəli təkliflər irəli sürüb və bir sıra məsələlərin baxılması ilə əlaqədar müraciət ediblər.

Sonda birgə nahar təşkil olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar